Icma.az
close
up
RU
PKK problemi GÜNDƏMDƏ Ankara Öcalanla bağlı nə DÜŞÜNÜR? Yeni Çağ Media

PKK problemi GÜNDƏMDƏ Ankara Öcalanla bağlı nə DÜŞÜNÜR? Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Türkiyə hökuməti keçən ilin son ayında böyük siyasi gedişlərə imza atdı. Hökumət açıq şəkildə İmralı həbsxanasında uzun illərdir həbsdə yatan PKK lideri Abdulla Öcalana azadlığı müqabilində terror təşkilatını dayandırmağa çağırdı. Hətta Milliyyətçi Hərəkat Partiyasının lideri Öcalanı azad olacağı təqdirdə parlamentə dəvət edərək PKK-nın fəaliyyətini dayandırmaq sözü verməsini belə təklif etdi.

Keçən ilin son günləri Öcalan məsələsinə görə çox hərəkətli keçdi. Belə ki, kürdləri təmsil edən DEM partiyasının 2 önəmli üzvü Pervin Buldan və Sırrı Süreyya Önder 10 ildən sonra ilk dəfə Öcalanla bir neçə saatlıq görüşməyə nail oldular. Qeyd edək ki, 10 ildən çoxdur təşkilatın lideri ilə vəkili daxil olmaqla heç kim görüşdürülmürdü.

Həmin görüşdən sonra Öcalan Türkiyəyə 7 maddəlik şərtlərini irəli sürdü. Bu şərtlər müqabilində PKK-nın fəaliyyətini dayandıracağını bildirdi. Bu şərtlər barədə növbəti yazılarımızda ətraflı danışacağıq. Maraqlıdır, Öcalan azad edilərsə, PKK fəaliyyətini dayandıracaqmı? Bu azadlıq Türkiyədə və bölgədə nələrə səbəb olacaq? Bu barədə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu söhbət etdik. Partiya lideri Yenicag.az- mövzu ilə bağlı çox vacib məsələlərə toxunaraq bildirib:

“PKK məsələsi bu günün məsələsi deyil. 40 ildən artıqdır ki, bu problem mövcuddur. Bu problemin yaradılması Türkiyəni inkişafdan saxlamaq, yaxın Şərqdə bu və ya şəkildə tənzimləmə məqsədi güdür. Ona görə də zaman-zaman bu problemin arxasında nəhəng güclər, əvvəl Rusiya, sonra isə başda Avropa ölkələri və Amerika dayanır. Bu gün kürd problemindən müxtəlif dövlətlər müxtəlif məqsədlər üçün istifadə edir. Ona görə də bu problemin həlli qlobal xarakter daşıyır və təkcə Türkiyə deyil, eləcə də İraq və Suriya kimi ölkələrdə kürdlər yaşayan dövlətlər üçün siyasi silah kimi istifadə olunur”.

“Düşünürəm ki, bu problemin həlli heç də kürdlərin liderinin azadlığından asılı deyil. Uzun illərdir ki, bu təşkilata milyardlarla pul qoyulub, liderlərin əksəriyyəti bu pulları şəxsi məqsədləri üçün istifadə ediblər. Onların geriyə yolu yoxdur, ya axıradək getməlidirlər, ya da bu qoyulan sərmayəyə görə cavab verməlidirlər. Digər tərəfdən, bu terror təşkilatı o qədər böyük cinayətlər törədib ki, prosesi dayandıracaqları təqdirdə, gələcəkləri ilə bağlı böyük problemləri olacaq. Həm də bu təşkilatları maliyyələşdirən qüvvələr onları dayanmağa imkan verməz. Digər tərəfdən isə bunlar indiyə qədər etdikləri cinayətlərə görə ağır məsuliyyət daşıdıqlarına görə bu prosesi dayandırmayacaqlar”.

Partiya lideri hesab edir ki, A. Öcalan PKK üçün uzun illərdir lider olaraq hesab edilmir:

“Öcalana qaldıqda isə o uzun illərdir PKK-nın formal olaraq lideri sayılır. PKK hazırda özünün həm yaş tərkibinə görə, həm ideologiyasına, həm də asılı olduğu dövlətlərə görə Öcalanın dövründən çox fərqlənir. Ona görə də mən düşünmürəm ki, Öcalan yaratdığı bu terror təşkilatında hər hansı söz sahibinə malikdir. Dediyim kimi, PKK-nı Öcalan idarə etmirdi. Öcalan da daxil olmaqla digər liderləri xarici güclər, pərdəarxasında yaxın Şərqdə hadisələri idarə etmək istəyən qüvvələr yaradıb və fəaliyyətini tənzimləyib. Burada Öcalan faktorunu qabartmağa ehtiyac görmürəm. Ola bilsin ki, müəyyən Öcalanın fanatikləri onun sözü ilə hər hansı addım atsın, amma PKK əsas Türkiyədə, İraq və Suriyada fəaliyyət göstərən liderləri, onları maaliyyələşdirən, onların arxasında duran qüvvələrə tabedir. Bu qüvvələr “dayanın” deməyənə qədər PKK apardığı silahlı mübarizədə dayanmayacaq. Bunu Türkiyə dövləti də yaxşı bilir. Ona görə də mənim fikrimdə Türkiyə Öcalan faktoruna o qədər də önəm vermir. Sadəcə olaraq, ictimai fikrə görə ortaya mövzu atırlar ki, Öcalan azad olunarsa, PKK fəaliyyətini dayandıra bilər”.

S. Cəlaloğlu həmçinin qeyd edib ki, Türkiyə hökuməti PKK ilə mübarizədə yanlış strategiya yürüdərək, onların parlamentə girməsinə səbəb oldu:

“Baxın, Türkiyə bu problemi həll etmək üçün vaxtı ilə PKK ilə danışıqlar apardı, Türkiyədə kürd partiyasının yaradılmasına razılıq verildi. Həmin partiya parlamentdə də fəaliyyət göstərir, amma PKK öz fəaliyyətini yenə də davam etdirdi. Hətta kürdlər PKK-dan başqa daha bir siyasi alət də əldə edərək, parlament fraksiyası qazandılar. Yenə də PKK əlində silah mübarizəsini davam etdirir. Bu baxımdan, mən bu problemin Öcalanın çağırışı ilə yaxın vaxtlarda həll ediləcəyinə inanmıram. Türkiyə effektiv və ciddi xarici siyasət aparacaqsa, bölgədə təhsil gücünü artıracaqsa və PKK-nın silah gücünə zərər vura biləcəksə, bəlkə, o halda onların arxasında duran qüvvələr də bu fəaliyyət növündən imtina etməyə razı olar”.

Nurlan Cəfəri

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Yanvar 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri