Icma.az
close
up
RU
PKK ilə bağlı Öcalanla razılaşma əldə edildi Şərtlər dəyişdi

PKK ilə bağlı Öcalanla razılaşma əldə edildi Şərtlər dəyişdi

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Hazırda PKK terror təşkilatının lideri Abdullah Öcalanın azad edilməsi və ya ev dustaqlığına buraxılması müzakirə mövzusu deyil.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “TGRT Haber” kanalının redaktoru Fatih Atik deyib.

“Öcalan bu mərhələdə birmənalı şəkildə İmralıda (həbsxana) qalacaq. Həm can təhlükəsizliyi, həm də təpkilərə görə Öcalanın İmralıda qalması ilə bağlı razılıq əldə olunub. Gələcəkdə şərtlər dəyişə bilər”, - jurnalist bildirib.

Atik Prezident Rəcəb Tayyib Ərdoğan və dövlət qurumlarının prosesi idarə etdiklərini vurğulayıb:

“Bir çox məsələlərdə razılıq əldə olunub. İmralı ilə danışıqlar aparanlar təkcə DEM Partiyasının üzvləri deyil. Elə adlar var ki, çoxdan ora gediblər, bu adlar gizli qalsa yaxşı olar”.

Jurnalist Öcalanın razılaşma çərçivəsində PKK-ya müraciət edəcəyini söyləyib:

“Bunu Cümhur İttifaqındakı (AKP-MHP) mənbələrdən təsdiqlədikdən sonra deyirəm. Yanvarın sonuna qədər çox mühüm gəlişmələr olacaq. Heç bir şey yolunda getməsə, Öcalan ən geci fevralın ortalarında separatçı terror təşkilatını silahları susdurmağa çağıran yazılı mətn yayımlayacaq”.

Xatırladaq ki, MHP sədri Dövlət Baxçalı oktyabrda Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırıb. Onun fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baxçalının bu təklifini dəstəkləyib.

Ötən günlərdə İmralıda DEM Partiyasının üzvləri ilə görüşən PKK başçısı çağırışa müsbət cavab verib: “Cənab Baxçalı və cənab Ərdoğan tərəfindən gücləndirilmiş yeni paradiqmaya lazımi müsbət töhfə vermək səlahiyyəti və qətiyyətinə sahibəm. Bunların işığında mən lazımi müsbət addımı atmağa və çağırış etməyə hazıram”.

Öcalanla görüşdən sonra DEM hakim Ədalət və İnkişaf Partiyası (AKP) və MHP də daxil olmaqla, Türkiyənin əsas siyasi partiyaları ilə təmaslara başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 09 Yanvar 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri