Icma.az
close
up
RU
PKK tarixə qovuşur: Öcalan azadlığa çıxacaqmı? (ŞƏRH)

PKK tarixə qovuşur: Öcalan azadlığa çıxacaqmı? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"PKK-nın silahlı fəaliyyətə son verməsi faktı Türkiyə və region üçün önəmli təhlükəsizlik uğuru hesab oluna bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu PKK-nın silahları təhvil verməyə başlamasının Türkiyə və bölgədə nələrə səbəb olacağını şərh edərkən deyib.

"Hazırda yayılan xəbərlər, xüsusilə Abdullah Öcalanın video müraciətindən sonra PKK-nın silahı yerə qoymağa hazırlaşması ilə bağlı məlumatlar bölgədə və Türkiyədə yeni bir mərhələnin başlaya biləcəyini göstərir", deyə Vüqar Zifəroğlu əlavə edib.

Bununla yanaşı həmsöhbətimiz düşünür ki, bu prosesin uğurla yekunlaşıb-yekunlaşmayacağı və Abdullah Öcalanın azadlığa çıxıb-çıxmayacağı hələ bir çox suallar doğurur:

"Abdullah Öcalanın bu cür açıq çağırışı PKK tarixində mühüm dönüş nöqtəsidir. Lakin unutmaq olmaz ki, PKK rəhbərliyinin bu çağırışa açıq cavab verməsi və tərksilah planını qəbul etməsi, təşkilat daxilində yenidən parçalanmaların və fikir ayrılıqlarının baş verə biləcəyi ehtimalını da saxlamaqdadır".


Ekspertin fikrincə, PKK kimi terror təşkilatlarının tam şəkildə tərksilahı çox çətin, lakin müəyyən formada mümkündür: 

"PKK-nın təkcə Kandil dağlarında yerləşən əsas qərargahı deyil, İraqda, Suriyada (YPG/SDG), İranda (PJAK) və hətta Avropada dəstəkləyici strukturları var. Bu faktorlar da nəzərə alınmalıdır. Süleymaniyyə bölgəsində silahların təhvil verilməsi yalnız müəyyən bölmələrə aid ola bilər. Yəni, prosesin "tam” olmasından çox "mərhələli və hissə-hissə həyata keçməsi” gözləniləndir".

Vüqar Zifəroğlu bildirir ki, prosesin gedişində PKK və qollarının nəzarət etdiyi ərazilər və nüfuz uğurunda müxtəlif kürd aşirətlərinə bağlı silahlı qruplaşmalar arasında kəskin rəqabət baş verəcək:

"Qeyd etmək istərdim ki, elə bu gün səhər yayılan digər xəbərlərə görə İraqın şimalında - Ərbildə Bərzaniyə yaxın qüvvələrlə digər kürd aşirətinə məxsus silahlı qruplaşmalar arasında münaqişə baş verib və son məlumatlara görə münaqişə hələ davam etməkdədir".

Ekspert həm də bu qənaətdədir ki, prosesin gedişində PKK-nın siyasi-ideoloji qanadının daha da aktivləşərək leqal fəaliyyətə keçəcəyini də gözləyə bilərik. Siyasi şərhçi deyir ki, Öcalanın azadlığa buraxılması ən mübahisəli və siyasi cəhətdən ən riskli məsələdir:

"O, hazırda ağırlaşdırılmış ömürlük cəza çəkir və onun azadlığa buraxılması Türkiyədə konstitusional və ictimai-siyasi reaksiya doğura biləcək qərardır. Lakin əgər PKK-nın tərksilahı tam və effektiv olarsa, bu, "sülh müqabilində güzəşt” modelinə gətirib çıxara bilər. Türkiyə rəhbərliyi Öcalanı azad etməsə də, cəza şəraitinin dəyişdirilməsi, ev dustaqlığı və ya vasitəçi kimi rolu müzakirə oluna bilər. Belə bir addım, Türkiyənin daxili siyasətində kürd seçicilərinə mesaj, eyni zamanda regionda sabitliyə çağırış ola bilər".

Qeyd edək ki, nəhayət PKK-nın silahları təhvil verməsi prosesinə start verilib. İraqın Kürdüstan Muxtar Vilayətinin paytaxtı olan Ərbil şəhəri ilə Süleymaniyə şəhərinin arasındakı yolda silahların təhvil verilməsi baş verib. Bu silahlar simvolik olaraq böyük metal qazanda yandırılıb. 

Xatırladaq ki, bu ilin fevralın sonlarında Abdullah Öcalan tərəfdarlarına silahı buraxmaqla bağlı çağırış edib. Mart ayında isə PKK terror təşkilatı atəşkəs elan etdiyini, həmçinin Öcalanın çağırışına əməl olunacağını açıqlayıb. May ayında isə qruplaşma özünü ləğv etdiyini açıqlayaraq Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 İyul 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri