Icma.az
close
up
RU
Pley off mərhələsinə çıxmaq istəyirlərsə, 3 oyundan 4 xal toplamaq lazımdır Qarabağ ın sabiq kapitanı

Pley off mərhələsinə çıxmaq istəyirlərsə, 3 oyundan 4 xal toplamaq lazımdır Qarabağ ın sabiq kapitanı

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın sabiq kapitanı Azər Məmmədov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ"ın Napoli ilə matçdan xalla ayrılacağına ümidin var idi? Səncə, Qarabağ niyə Neapolda xalsız qaldı?

"Qarabağ" Çempionlar Liqasında elə oyunlar oynayıb ki, insanlarda istər-istəməz ümid yaradır. Hər komandadan xal götürəcək ümidini verib komandamız. Təbii ki, "Napoli" ilə görüşdə də "Qarabağ"ın xal götürə biləcəyinə ümidim var idi. Oyunun 1-ci hissəsi göstərdi ki, səfərdə xal qazanmaq olar. İtaliyada xalsız qalmağımızın əsas səbəbləri var. Unutmamalıyıq ki, "Napoli" İtaliya çempionudur və baş məşqçisi Antonio Kontedir. Bu amillərin təsiri var idi. "Qarabağ" çox yaxşı oynadı, amma "Napoli" daha istəkli idi. Oyunun gedişində "Napoli"nin sistemində olan dəyişiklik təsirini göstərdi.

- Kevin Medinanın meydanı tərk etməsindən sonra sanki müdafiədə inamsızlıq və boşluqlar çoxaldı, "Napoli" daha çox buradan təzyiq etməyə başladı. Medinanın meydanı tərk etməsinin nə dərəcədə təsiri oldu oyuna?

Futbolda mərkəz müdafiəçilərinin əvəzlənməsi nadir hallarda olur. "Napoli" ilə oyundakı kimi məcburi dəyişiklik olmasa, çox məşqçi heç vaxt o cür əvəzlənməyə getmir. Çünki stoper dəyişikliyi birbaşa komandanın oyununa çox təsir edir. Ələlxüsus da, "Napoli" kimi komandaya qarşı o cür gərgin oyunun gedişatındakı məcburi dəyişiklik. Əlbəttə ki, təsirsiz ötüşmür. Kevin Medina "Qarabağ" üçün müdafiə planında yer almış böyük futbolçudur. Onun meydandan çıxması təsirsiz ötüşmədi. Amma o demək deyil ki, Medinanı əvəzləyən Sami Mmae zəif oynadı, xeyr. Sadəcə Kevinin meydanda olması komanda yoldaşları, bizlər üçün də düşüncə yaradıb ki, onun meydanda yer alması "Qarabağ" üçün böyük amildir.

- "Qarabağ"ın pley-offa çıxmaq şansları hələ də qalır. Növbəti görüş "Ayaks"a qarşıdı. Onları Bakıda məğlub etmək mümkün olacaq?

Bəli, "Qarabağ"ın pley-off mərhələsinə düşmək üçün şansı var. Növbəti oyun da "Ayaks"a qarşıdır. Onlar xalsızdır. Düşünmürəm ki, asan oyun olacaq. Çünki ÇL-də asan oyun olmur. Xalsız qalsalar belə, "Ayaks" istəyəcək ki, ən azından xal hesabını artırsın. Etiraf edək ki, ÇL-i xalsız bitirmək də, özləri üçün yaxşı deyil. "Qarabağ" üçün ən çətin və ən önəmli oyunlardan biri olacaq. "Qarabağ"a qələbə lazımdır ki, pleyy-off şansını artırsın. Çox çətin və çox ağır matç olacaq. Yəqin ki, komandamız qalib gələr.

- Kadi Borgesin yoxluğu "Qarabağ"a oyun planında nə dərəcədə mənfi təsir etdi? Çünki "Qarabağ"ın oyun sistemində önəmli yerlərdən birini tutur Kadi...

Kadi "Qarabağ"ın orta sahəsində böyük fiqurdur. Amma "Napoli" ilə oyun göstərdi ki, Kadini də əvəzləyən futbolçu pis çıxış etmir. Kadinin özü olsaydı, daha yaxşı idi. Futboldur da, zədələr, cəzalar qaçılmazdır. Ümidvaram ki, onu əvəzləyən futbolçu Kadinin yoxluğunu hiss etdirməz.

- Ümumiyyətlə, "Qarabağ"ın "Ayaks", "Ayntraxt", "Liverpul"lə matçlarda ümumilikdə neçə xal götürməyi realdır?

Çempionlar Liqasında asan oyun bir şey yoxdur. Etiraf edək ki, "Qarabağ"ın rəqibləri düşünürdü ki, onlar üçün ən zəif komanda "Qarabağ"dır. Rəqiblərin hamısı ən güclü komandalardır. Son üç oyun qalıb. Mənə görə, bu üç oyunun ən ağırı "Ayaks"a qarşı matç olacaq. Amma "Qarabağ" pley-off mərhələsinə çıxmaq istəyirsə, 3 oyundan 4 xal yığmaq lazımdır. "Qarabağ" pley-off mərhələsinə çıxsa da, çıxmasa da onlar bizi ÇL-də çox yaxşı şəkildə təmsil edir. Avropa və dünyada futbolumuzun başını ucaldırlar. "Qarabağ"a uğurlar arzulayıram. Güman edirəm ki, bizi sevindirərlər.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 Noyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri