PMD Projects in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçirilib
Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
5 noyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçirilib. AIREX daşınmaz əmlak sərgisi çərçivəsində təşkil olunan tədbir tikinti və daşınmaz əmlak sektorunun nümayəndələrini, dövlət qurumlarını, maliyyə institutlarını və sahə üzrə mütəxəssisləri bir araya gətirib.

“Məsuliyyətlə qur. Etibarla tamamla.” şüarı altında keçirilən sammitdə tikinti sektorunun inkişafına təsir göstərən aktual məsələlər, mövcud çətinliklər və onların həlli istiqamətində mümkün yanaşmalar müzakirə olunub.
Sammitin açılışında PMD Projects-in direktoru Nəriman Topçibaşev çıxış edərək tikinti sektorunda məsuliyyətli yanaşmanın, şəffaf idarəetmənin və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətini vurğulayıb. O, həmçinin dayanıqlı tikinti prinsiplərinin tətbiqinin yalnız ayrı-ayrı layihələrin deyil, bütövlükdə sektorun uzunmüddətli inkişafı baxımından vacibliyinə diqqət çəkib.
Sammit çərçivəsində iki əsas panel müzakirəsi keçirilib.
“Tullantıdan resursa” adlı birinci paneldə tikinti və söküntü tullantılarının idarə olunması, təkrar emal imkanları və yararlı materialların iqtisadi dövriyyəyə qaytarılması məsələləri müzakirə olunub.
PMD Projects-in Keyfiyyət və SƏTƏM şöbəsinin müdiri Elgün Səfiyarovun moderatorluq etdiyi paneldə Təmiz Şəhər-in İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təbiətdən istifadə şöbəsinin sektor müdiri Mehman Nabiyev, Smart Waste-in direktoru Süleyman Əliyev, PASHA Property Management-in landşaft üzrə rəhbəri Zəhra Əliyev və Holcim Azərbaycan ASC-nin Geocycle Manager-i Rəşad Osmanov çıxış ediblər.
Müzakirələr zamanı tullantıların hərəkətinin izlənilməsi, çeşidlənməsi və təkrar emala yönəldilməsi, bu sahədə nəzarət mexanizmlərinin tətbiqi, eləcə də təkrar emal edilmiş materialların tikinti sektorunda istifadəsinin genişləndirilməsi məsələlərinə toxunulub.
“Bünövrədən çıxarışa” adlı ikinci panel tikinti layihələrinin maliyyələşdirilməsi, tikintinin vaxtında tamamlanması, alıcıların hüquqlarının qorunması və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi məsələlərinə həsr olunub.
PMD Group-un Hüquq şöbəsinin müdiri Elxan Əliyevin moderatorluq etdiyi paneldə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov və İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini Ramil Tahirov iştirak ediblər.
Müzakirələrdə tikinti layihələrinin ilkin mərhələlərində maliyyələşmə imkanları, tikintisi başa çatmamış layihələrdə alıcıların hüquqlarının qorunması, mülkiyyət hüquqlarının daha erkən mərhələdə rəsmiləşdirilməsi və layihələrin tamamlanmasına təminat verən mexanizmlər nəzərdən keçirilib. Həmçinin dövlət qeydiyyatı və sənədləşmə proseslərinin təkmilləşdirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və beynəlxalq təcrübənin yerli bazarda tətbiqi imkanları müzakirə olunub.
Hər iki panel tikinti sektorunda mövcud proseslərin təkmilləşdirilməsi, praktiki həllərin müəyyənləşdirilməsi və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini bir daha ön plana çıxarıb.
Tədbir çərçivəsində PMD Projects tərəfindən hazırlanmış “Layihə rəhbərinin əl kitabı” adlı nəşr də təqdim olunub. Kitabın təqdimatı layihə idarəetməsi sahəsində bilik və təcrübənin paylaşılması baxımından sammitin proqramına əlavə töhfə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 13 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















