Icma.az
close
up
RU
Poçt xidməti iqlim dəyişikliyi riskləri ilə daha çox üzləşir Azərpoçt

Poçt xidməti iqlim dəyişikliyi riskləri ilə daha çox üzləşir Azərpoçt

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Poçt xidməti iqlim dəyişikliyindən irəli gələn risklərlə daha çox üzləşir.

Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev COP29 çərçivəsində təşkil olunmuş "Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" adlı tədbirdə bildirib.

"İqlim dəyişikliyi həyatımızın bir çox sahələrinə, o cümlədən vacib xidmətlərə təsir edən böyük problemdir. Belə xidmətlərdən biri də çox vaxt az diqqət yetirilən poçt əməliyyatlarıdır. Poçt xidməti vacib kommunikasiya, ticarət və sosial xətdir, lakin iqlim dəyişikliyindən irəli gələn risklərlə daha çox üzləşir. Ekstremal hava şəraiti poçt infrastrukturunu məhv edə, obyektlərə ziyan vura, çatdırılma marşrutlarını poza bilər. Bu problemlər xüsusilə kənd yerlərində böyük sosial-iqtisadi problemlərə səbəb ola bilər. Məsələn, 2019-cu ildə Avstraliyada meşə yanğınları və 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələlər bir çox poçt şöbələrini məhv dağılmasına və bağlanmasına səbəb olub" - o vurğulayıb.

Poçt rəsmisinin sözlərinə görə, bu problemlərin həlli üçün poçt xidmətinə dair yanaşma bəzi çətinliklərlə üzləşib:

"Birincisi, infrastrukturun təkmilləşdirilməsi üçün investisiya tələb olunur. İkincisi, bir çox poçt xidmətləri məhdud büdcə ilə fəaliyyət göstərir və bu da iqlimə uyğunlaşma üçün resursların ayrılmasını çətinləşdirir. Problemi həll etmək üçün poçt operatorları bəzi potensial strategiyalardan istifadə edirlər. Bunlardan biri diversifikasiyadır. Bağlama çatdırılması, logistika və maliyyə xidmətləri kimi yeni xidmətlərin genişləndirilməsi əlavə gəlir əldə etməyə kömək edə bilər. İkinci strategiya texnoloji adaptasiyadır. Avtomatik çeşidləmə maşınları, izləmə sistemləri, elektrik nəqliyyat vasitələri kimi qabaqcıl texnologiyalara investisiya qoymaq səmərəliliyi artıra, xərcləri azalda bilər. İqtisadi şirkətlər və çatdırılma tərəfi də daxil olmaqla digər biznes və təşkilatlarla tərəfdaşlıq və əməkdaşlıq yeni imkanlar yarada bilər. Maliyyə yardımı kimi dövlət dəstəyi poçt xidmətlərinə daha çox infrastruktur problemini həll etməyə kömək edə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Noyabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri