Icma.az
close
up
RU
“Pokrovsk heç bir strateji əhəmiyyət daşımır” Böyük itkilər hesabına başa gələn şəhərin işğalı ruslara nə verəcək?

“Pokrovsk heç bir strateji əhəmiyyət daşımır” Böyük itkilər hesabına başa gələn şəhərin işğalı ruslara nə verəcək?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kremlin bütün hərbi gücünü yönəltdiyi Donetsk vilayətindəki Pokrovsk şəhərinin tam işğalı qaçılmaz görünür.

Bəs cəmi 30 kvadrat kilometr ərazisi və müharibəyə qədər müxtəlif hesablamalara görə, 60 mindən də az əhalisi olan bu kiçik şəhərin işğalı müharibənin gedişinə hansı təsiri göstərə bilər? Doğrudanmı bəzi Kreml təbliğatçılarının iddia etdiyi kimi, bu şəhər strateji əhəmiyyət kəsb edir və Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan 3 əsas iri şəhərinə hücumu üçün həlledicidir və bu şəhərlərə gedən yolu açır?

Nəhayət, Vladimir Putinin iddia etdiyi kimi, Pokrovskdakı Ukrayna qüvvələri həqiqətənmi tam mühasirədədirlər?

Müstəqil hərbi mənbələr hazırda Pokrovskun kimin nəzarətində olduğuna dair birmənalı fikir söyləməkdən çəkinirlər. Çünki şəhərdən ziddiyyətli məlumatlar daxil olur və tərəflərin heç biri şəhərə nəzarət barədə aydın, etibarlı video və foto görüntülər paylaşa bilmirlər.

Bununla yanaşı, bəzi Ukrayna hərbi ekspertləri yerli mediaya şəhərin təxminən 60 faizinin rusların nəzarətinə keçdiyini deyirlər. Qeyd edirlər ki, ərazidəki Ukrayna qüvvələrinin təchizat yolları Rusiya dronları tərəfindən vurulsa da, təxminən 5-7 kilometr enində və 10 kilometr uzunluğundakı dəhliz ukraynalıların nəzarətindədir. Buna baxmayaraq, bu dəhlizlə hərbi texnikanın hərəkəti olduqca çətindir və ona görə, təchizat əsasən dronlar və piyada qüvvələr vasitəsilə həyata keçirilir. Şəhərdəki Ukrayna hərbçilərinin tam mühasirəyə alındığı barədə Rusiya tərəfinin iddiaları isə həqiqəti əks etdirmir.

Rusiya rəsmi təbliğatı isə iddia edir ki, yuxarıda qeyd edilən dəhlizin eni 2.5 kilometrdir və onun qapadılması bir neçə gün məsələsidir. Buna baxmayaraq, rus hərbi “Z-bloqerləri” bu iddianı inkar edərək, dəhlizin eninin 5-6 kilometr olduğunu yazırlar. Həmçinin, ərazidə Ukrayna dronlarının Rusiya dronlarından heç də az və zəif olmadığını, əksinə, Rusiya tərəfinin özünün hərbi təchizatına ciddi problemlər yaratdığını qeyd edirlər. Onlar da bildirilər ki, Pokrovskdakı Ukrayna qüvvələrinin mühasirəyə salındığı barədə iddialar şişirdilib. Ən azından bu hissələr şəhəri asanlıqla piyada tərk edə bilərlər.

Digər iddialara görə, şəxsən Kirill Budanovun rəhbərlik etdiyi Ukrayna xüsusi təyinatlı qüvvələrinin yuxarıda qeyd edilən dəhlizin genişləndirilməsi və daha təhlükəsiz vəziyyətə gətirilməsi üçün bu günlərdə həyata keçirdiyi əməliyyat uğurlu alınıb. Hazırda həmin qüvvələrin ərazidə olduğu bildirilir.

Lakin eyni ərazidə, Pokrovskdan birbaşa 7 kilometr (avtomobil yolu ilə 28 kilometr) məsafədə yerləşən Mirnoqraddakı Ukrayna qüvvələrinin vəziyyəti daha çətindir. 3 tərəfdən işğalçı qüvvələrlə əhatə olunan bu hissələrin mühasirəyə düşmək ehtimalı daha yüksəkdir. Lakin Ukrayna hərbi komandanlığı bu fikirdə deyil və vəziyyətin nəzarət alıtında olduğunu bildirir.

Ümumilikdə isə müstəqil hərbi ekspertlər Pokrovsk aqlemerasiyasının bütünlükdə “boz zona” olduğunu və tərəflərin heç biri tərəfindən tam nəzarət edilmədiyini bildirirlər.

Almaniyanın “Bild” nəşrinin tanınmış eksperti Julian Röpke yazıb ki, Pokrovskun 85 faizi işğal olunub. Ən tanınmış və ən çox istinad edilən müstəqil hərbi ekspertlərdən biri olan Ruslan Leviyev isə son şərhində deyib ki, Pokrovskun düşəcəyi qaçılmazdır. Bu, onun fikrincə, bir neçə gün, bir neçə həftə, yaxud, uzağı 1 ay çəkə bilər.

Bununla yanaşı, onun fikrincə, Pokrovskun işğalı heç bir strateji əhəmiyyət daşımayacaq və əsas məsələ, Ukraynanın bu ərazidən daha az canlı qüvvə itkisi ilə çıxmasıdır. Çünki bu qüvvələr yeni mövqelərdə, istehkamlarda yerləşmək üçün Ukraynaya lazım olacaq və bu zaman Ukrayna qüvvələrini Pokrovskda daha çox saxlamağa, sonadək döyüşməyə yönələn siyasi maraqların hərbi məntiqi üstələməsinə imkan vermək olmaz: “Pokrovsk heç yerə yol açmır. Pokrovskun işğalı o demək deyil ki, məsələn, avtomatik olaraq, gələn ilin ortalarına qədər ruslar bütün Donbası işğal edə biləcəklər. Pokrovsk özü müharibənin sonrakı gedişi üçün Rusiyaya prinsipial olaraq böyük heç nə vermir. Bu, sadəcə daha bir yaşayış məntəqəsidir. Ukrayna növbəti istehkamlarda möhkəmlənəcək və müdafiə olunacaq. Odur ki, hətta daha böyük və daha yaxşı müdafiə olunan Slavyansk, Kramatorsk kimi şəhərlərə doğru irəliləmək Pokrovsku işğal etməkdən daha çətin olacaq.(Qeyd edək ki, Pokrovskun işğalı üçün Rusiyaya təxminən 15 ay vaxt lazım olub). Hələ Kupyansk və Konstantinovka da var. Odur ki, ruslar üçün ən yaxşı halda, bütünlükdə Donbası işğal etmək üçün ilyarım və ondan da artıq vaxt lazım olacaq. Pokrovsk heç bir strateji əhəmiyyət daşımır. O, sadəcə, gələcəkdə arxa cəbhə şəhəri kimi PUA operatorlarının və silah-sursatların yerləşdirilməsi üçün lazım olacaq. Ancaq hazırda bu ərazi birbaşa döyüş meydanıdır”.

Leviyev də qeyd edib ki, Pokrovskun mühasirə ehtimalı yoxdur. Oradakı qüvvələr asanlıqla çıxa bilər və Putinin bu barədə iddiaları həqiqətə uyğun deyil. Lakin Mirnoqrad mühasirəyə düşə bilər. Bir sözlə, Pokrovsk və ətrafındakı vəziyyət olduqca gərgindir və şəhər işğal ərəfəsindədir. Lakin əksər hərbi ekspertlərin də dediyi kimi, bu kiçik şəhərin ələ keçirilməsi strateji baxımdan heç nəyi dəyişmir. Müxtəlif hesablamalara görə, Rusiyanın artıq ölü və yaralı olaraq 120 minə yaxın canlı qüvvə itirdiyi bu kiçik şəhərin işğalı olsa-olsa, Kreml təbliğatının daxili auditoriyaya növbəti “qələbə” raportu verməsinə yarayacaq. Bu “qələbə”nin Rusiyaya və ruslara neçəyə, hansı itkilər hesabına başa gəldiyi isə tamamilə başqa söhbətin mövzusudur...

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri