Icma.az
close
up
RU
Polad Bülbüloğlu Akademik Musiqili Teatrın yaradıcı heyəti ilə görüşüb

Polad Bülbüloğlu Akademik Musiqili Teatrın yaradıcı heyəti ilə görüşüb

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olub və teatrın repertuarında özünəməxsus yeri olan “Leyli və Məcnun” tamaşasına baxıb.

Teatrın mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, tamaşadan sonra səhnə arxasında yaradıcı heyətlə görüşən Polad Bülbüloğlu sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevə və bütün iştirakçılara xoş təəssüratlarını bildirərək hər kəsi təbrik edib:
“Akademik Musiqili Teatrın layihələrini maraqla izləyirəm və hər bir uğurunuza çox sevinirəm. Ölkə başçısının sərəncamı ilə teatr binasının əsaslı təmirindən sonra yaradılan şərait də müxtəlif janrlı tamaşaların ərsəyə gəlməsinə böyük imkanlar yaradır. Digər səhnə əsərləriniz kimi, “Leyli və Məcnun”u da böyük maraqla izlədim. Simfonik orkestr, peşəkar aktyorlar, xor-balet artistlərinin ifaları çox yaxşıdır.
Yaranışından bir əsrdən çox zaman keçsə də, öz aktuallığını, yüksək dəyərini itirməyən bu əsəri Opera Teatrının repertuarında, şöhrətli sənətkarlarımızın ifalarında çox görmüşəm. Musiqili Teatrın yeni yozumda bu təqdimatı, həqiqətən də, böyük məsuliyyətdir və tamaşanın kifayət qədər uğurlu alındığının şahidi oldum”.

Komitə sədri kollektivi təbrik edərək hər birinə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sonda onlarla xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, libretto müəllifi və quruluşçu rejissoru Samir Qulamov olan tamaşa dahi bəstəkar Üzeyir Hacıbəylinin muğam operası və Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında hazırlanıb. Quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Sevinc Məmmədova olan bu tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçısı Səmədzadə Xasiyev, respublika və beynəlxalq muğam müsabiqələrinin qalibləri İlahə Rüstəmova və Orxan Hüseynli, aktyorlar Emin Zeynallı, Gülnarə Abdullayeva, Azər Pənahov, Bacıxanım Sadıqova, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, həmçinin xor və balet artistləri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Yanvar 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri