Polad Bülbüloğlu: Gələn il kinoya pul ayrılmayıb, kinomuz inkişaf edə bilməyəcək
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mədəniyyət sahəsinə nə qədər pul ayırsan da, çatmayacaq.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.
Komitə sədri bildirib ki, abidələrin bərpası, restavrasiyası ilə Mədəniyyət Nazirliyi məşğul olur: “Bu abidələrin hamısını birdən bərpa etmək olmaz, amma plan üzrə bunları etmək olar. Gələn il bizim kinomuza vəsait ayrılmayıb, bunun səbəblərini bilmirəm. Bunun səbəblərini yəqin ki, Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri bizə izah edər. Kinoya heç bir vəsait ayrılmaması təhlükə yaradır. Kino sahəsinə vəsait ayrılmasa, bu sahədə mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə də kinomuz inkişaf edə bilməyəcək”.
Milli Məclisin sədr müavini Rəfael Hüseynov da Polad Bülbüloğlunun fikrini dəstəkləyib: "XX əsrin ortalarında Azərbaycan kinosu böyük uğurlar qazanıb. bu ənənə davam etdirilməlidir. Kinonun gələcəkdə inkişafı üçün vaxtilə Mədəniyyət komitəsində də məsələlər qaldırmışıq. Kinonun inkişafı üçün kino xadimlərinə müəyyən imtiyazlar verilməlidir. Kino avadanlıqlarının gətirilməsinə yüngülləşmiş vergi tətbiqi, azadetmələr də olmalıdır".
Mark Eliyahu: "Ondan həm musiqini, həm də həyatı öyrənirəm" Azərbaycanlı rejissorun filminin dünya premyerası oldu Dəfninə Papanın xüsusi icazə verdiyi virtuoz skripkaçı - Ona niyə "şeytanın oğlu" deyirdilər?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 12 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















