Polis Barama uşaq bağçasında azyaşlının döyülməsi barədə iddiaları araşdırıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
"Barama" adlı uşaq bağçasında dayə tərəfindən azyaşlının fiziki təzyiqə məruz qalması iddiaları polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov APA-ya bildirib ki, polisə daxil olan məlumat əsasında təhqiqat qrupu adıçəkilən bağçada olub. Videogörüntülərə baxılaraq hadisə şahidlərinin, eləcə də digər şəxslərin izahatları alınıb. Toplanmış materiallar üzrə azyaşlının dayə tərəfindən döyülmədiyi müəyyən edilib. Həmçinin o da məlum olub ki, azyaşlının boğaz nahiyəsindəki xəsarətin izi digər həmyaşıdı ilə mübahisə edərkən baş verib. Dayə azyaşlılar arasında olan mübahisəni gördükdə isə onları ayırmağa çalışıb. İddialar üzrə aparılan araşdırmanın nəticəsində dayənin azyaşlıya qarşı fiziki zor tətbiq etməsi halı təsdiqini tapmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 11 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















