Icma.az
close
up
RU
Polis bölməsinə getmədi, amma şəxsin həbs protokolunu imzaladı MƏHKƏMƏ VƏKİLİN SENSASİON ƏMƏLİNİN ÜSTÜNÜ AÇDI

Polis bölməsinə getmədi, amma şəxsin həbs protokolunu imzaladı MƏHKƏMƏ VƏKİLİN SENSASİON ƏMƏLİNİN ÜSTÜNÜ AÇDI

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

9 Saylı Vəkil Bürosunun vəkili Hücrəddin Hacıbalayev müdafiəçisi olduğu şəxsin əleyhinə addımlar atmaqda ittiham olunur.

Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, 18 illik vəkillik təcrübəsi olan Hücrəddin Hacıbalayev dövlət hesabına müdafiəçi təyin olunduğu işlə bağlı müəyyən protokollara imza atsa da, əslində, həmin prosesdə iştirak etməyib. Sonradan formal olaraq həmin protokolu imzalayıb, bununla da şəxsin dindirmədə dövlət hesabına vəkillə təmin olunduğu görüntüsü yaradılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu barədə hökm çıxarıb.

Sözügedən vəkil 1994-cü təvəllüdlü Fərid Sonverdizadəyə dövlət hesabına müdafiəçi təyin olunub.

O, Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə saxlanılıb.

İttihama görə, Hövsan qəsəbəsində yaşayan Fərid Sonverdizadənin üzərindən 2.3 qram narkotik tapılıb.

O, özünü təqsirli bilməyib. Məhkəmə də onun təqsirsiz olduğu qənaətinə gəlib və haqqında bəraət hökmü çıxarıb.

Fərid Sonverdizadənin şübhəli şəxs qismində tutulması barədə protokolda vəkil Hücrəddin Hacıbalayevin imzası var.

Belə ki, o, “Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokol və başqa sənədləri də imzalayıb.

Lakin rəsmi sənədlərə görə, 15 dəqiqə sonrakı ən vacib prosesdə – şəxsin üzərində axtarış aparılanda artıq vəkil yoxdur.

İddiaya görə, Fərid Sonverdizadə özü ərizə yazıb ki, müdafiəçinin iştirak etməməsinə etirazı yoxdur.

Az əvvəl polis bölməsində olan müdafiəçinin birdən-birə hara yoxa çıxdığı isə məlum deyil.

Məhkəmə həm də o nəticəyə gəlib ki, vəkil Hücrəddin Hacıbalayev müvəkkilinin saat 12.00-da şübhəli şəxs qismində tutulması barədə həmin gün saat 13.35-də başa çatmaqla tərtib edilmiş protokolu imzalasa da, əslində, Fərid Sonverdizadə o zaman polis bölməsində heç olmayıb.

O, günortadan sonra saxlanılıb. Məhkəmə prokurorluğun qərarına və işdəki başqa ifadələrə əsaslanaraq bu nəticəyə gəlib.

Bu arada onu da qeyd edək Gununsesi.info-ya müvəkkilinin maraqlarına zidd addımlar atan bir neçə başqa vəkil barədə məlumat daxil olub. Onları da dəqiqləşdirib, təqdim edəcəyik.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri