Icma.az
close
up
RU
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik birinci oxunuşda qəbul olunub

“Polis haqqında” qanuna təklif edilən dəyişiklik birinci oxunuşda qəbul olunub

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əlavə olunması təsdiqlənib. SİA xəbər verir ki, bununla bağlı “Polis haqqında” qanuna təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunub ki, polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi və həmin orqanlar tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürüləcək.

Bildirilib ki, həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Məlumat üçün qeyd olunur ki, analoji norma "Prokurorluq haqqında" qanunun 39-cu maddəsində də öz əksini tapıb.

Təqdim edilən sənəd müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyun 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see285

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see231

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see221

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see210

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see175

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see147

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see137

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see134

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see127

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see121

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see121

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see120

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see120

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see119

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see116

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see116

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see115

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see115

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see115

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri