Icma.az
close
up
RU
Polis ikən narkobaron olan “El Menço” Başına 15 milyon dollar qoyulmuşdu

Polis ikən narkobaron olan “El Menço” Başına 15 milyon dollar qoyulmuşdu

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, Meksika ordusunun “Xalisko Yeni Nəsil Karteli”nin (CJNG) lideri, “El Menço” ləqəbli Nemesio Ruben Oseguera Servantesi xüsusi əməliyyatla məhv etməsi ölkəni son onilliyin ən ağır təhlükəsizlik böhranı ilə üz-üzə qoyub.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat rəsmiləşdikdən dərhal sonra Meksikanın bir çox strateji əyalətlərində genişmiqyaslı zorakılıq dalğası baş qaldırıb.

Kartel üzvləri orduya və mülki əhaliyə təzyiq göstərmək üçün magistral yollarda yük maşınlarını yandıraraq barrikadalar qurub, dövlət binalarına atəş açıblar.

Bir çox şəhərlərdə ticarət mərkəzləri və məktəblər bağlanıb, xarici dövlətlər öz vətəndaşlarına “evdən çıxmayın” xəbərdarlığı edib.

Tarlalardan polisliyə, oradan isə narkotik imperatorluğuna...

“El Menço”nun həyat yolu dramatik və qanlı dönüşlərlə zəngindir. 1966-cı ildə Miçoakanın Aqililla şəhərində, yoxsul bir ailədə doğulan Nemesio uşaqlığını avokado tarlalarında işləyərək keçirib. Gənc yaşlarında ABŞ-yə mühacirət etsə də, 1992-ci ildə heroin qaçaqmalçılığına görə həbs olunaraq üç il həbsxanada yatıb və sonra Meksikaya deportasiya edilib.

Maraqlıdır ki, o, vətəninə döndükdən sonra bir müddət polis məmuru kimi çalışıb. Lakin çox keçmədən cinayət aləminə daxil olaraq “Milenio” kartelinə qoşulub və “El Çapo”nun rəhbərlik etdiyi “Sinaloa” karteli ilə müttəfiqlik edib. 2010-cu illərin əvvəllərində öz qruplaşmasını – CJNG-ni quran “El Menço” qısa zamanda Meksikanın ən sürətlə böyüyən və ən qəddar cinayətkar şəbəkəsinin rəhbərinə çevrilib.

“El Menço”nu digərlərindən fərqləndirən əsas cəhət onun dövlət qurumlarına qarşı aqressiyası idi. O, ordunun helikopterlərini tank əleyhinə raketlərlə vuran, dronlar vasitəsilə polis məntəqələrinə partlayıcılar atan ilk liderlərdən biri idi.

2020-ci ildə Mexiko şəhərinin polis rəisinə qarşı paytaxtın mərkəzində təşkil edilən qumbara hücumu onun gücünün nümayişi idi. Onun rəhbərliyi altında CJNG təkcə narkotik yox, həm də neft oğurluğu, insan alveri və silah ticarəti ilə məşğul olan qlobal bir korporasiyaya çevrilmişdi. ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) onu “terrorçu təşkilat” kimi tanımış və başına 15 milyon dollar mükafat qoymuşdu.

Varislik davası və “Sinaloa”nın revanşı

Analitiklər hesab edir ki, “El Menço”nun ölümü kartel daxilində “diktatorun süqutu” effektini yaradacaq. Çünki o, təşkilatı mərkəzləşdirilmiş və sərt intizamla idarə edirdi. Onun yoxluğu kartelin fərqli qanadları arasında daxili müharibələrə yol aça bilər. Digər tərəfdən, əzəli rəqib “Sinaloa” bu fürsətdən istifadə edərək itirdiyi əraziləri geri qaytarmağa çalışacaq. Hökumət isə ordunun hər an tammiqyaslı hücumlarla üzləşə biləcəyi ehtimalına qarşı ölkə boyu fövqəladə vəziyyət rejimini davam etdirir.

Hazırladı: Rəfi Müslümov



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Fevral 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri