Icma.az
close
up
RU
Polis maşınına çırpılan tırdan narkotik tapıldı VİDEO

Polis maşınına çırpılan tırdan narkotik tapıldı VİDEO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

İstanbulun Çekmeköy rayonunda yerləşən Kuzey Marmara Otoyolu’nda TIR-ın sürücüsü idarəetməni itirərək nəzarət-buraxılış məntəqəsindəki polis avtomobilinə çırpılıb.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 11:30 radələrində Hüseynli gişələrinin çıxışında baş verib. 34 R 0717 dövlət qeydiyyat nişanlı TIR sürücünün sükan arxasında idarəetməni itirməsi ilə nəzarət məntəqəsindəki jandarma avtomobilinə çırpılıb. Toqquşmanın gücündən jandarma avtomobili savrularaq su kanalına düşüb. Hadisə yerinə təcili tibbi yardım, jandarma və yanğınsöndürmə briqadaları cəlb olunub. Yaralı 5 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. Su kanalına düşən jandarma avtomobili isə xüsusi texnika ilə çıxarılıb.
Qəza anı təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə TIR-ın yüksək sürətlə hərəkət edərək beton arakəsməyə çırpıldığı, daha sonra nəzarət məntəqəsindəki jandarma avtomobilinə dəyərək onu yoldan çıxardığı əks olunub.
Daxili İşlər naziri Ali Yerlikaya hadisə ilə bağlı sosial media hesabında açıqlama verib. Nazir bildirib ki, saxlanılan sürücü Y.Ö.-nün idarə etdiyi TIR-da aparılan axtarış zamanı narkotik maddə aşkarlanıb, həmçinin sürücünün tibbi yoxlamasında da narkotik istifadəsi təsdiqlənib:
"İstanbul Çekmeköydə Hüseynli gişələrində və jandarma avtomobilimizə çarpan TIR ilə bağlı aparılan araşdırmalarda sürücü Y.Ö. saxlanılıb, nəqliyyat vasitəsində bir miqdar narkotik maddə tapılıb. Sürücünün analizində də narkotikdən istifadə etdiyi müəyyən olunub. Qəza zamanı yaralanan Uzman Jandarma Kademeli Çavuş Hasan Doğan və Uzman Çavuş Mustafa Karahaliloğlu başda olmaqla, bütün yaralılara şəfa diləyirəm. Yol hər birimizin həyat məkanıdır, sükan arxasında olan hər kəs böyük məsuliyyət daşıyır. Ölkəmizdə yol hərəkəti mədəniyyətini möhkəmləndirmək üçün işlərimizi qətiyyətlə davam etdirəcəyik".(sonxeber.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Avqust 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri