Icma.az
close
up
RU
Polis narkoman sürücülərin karyerasını necə məhv edir? Ömürlük cəza da var

Polis narkoman sürücülərin karyerasını necə məhv edir? Ömürlük cəza da var

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər yol polisinin yaydığı xəbərlər narkotikin təsiri altında olan sürücülərin sayının artdığını göstərir. Bəzi ekspertlərin “sürücülər narkotiki siqaret yerinə istifadə edir” deməsi mübaliğə olsa da, həqiqət payı böyükdür. Doğrudur, qanuna dəyişiklik edilərək spitrli içki və narkotik vasitələrin ayrı tövsif edilməsi bu sahədə müəyyən yaxşılaşmaya səbəb olub. Lakin sayın azalmaması göstərir ki, hələ qarşıda görüləcək çox iş var. Bəs bu sahədə beynəlxalq təcrübə necədir?

Avtosfer.az xəbər verir ki, Avropa ölkələrinin qanunvericiliyi narkotikdən istifadə edən sürücülərə qarşı kifayət qədər sərtdir. Qayda pozuntusu təkrar törədildikdə isə cəza daha da sərtləşir. Narkoman sürücü ilə bağlı qərarı polis deyil, məhkəmə verir. 

İsveçrədə narkotikin təsiri altında olan sürücü ilk dəfə tutulduqda sürücülük hüququ 3 ay müddətinə məhdudlaşdırılır.  Eyni hal 5 il ərzində təkrarlandıqda sürücü 12 ay sükan arxasına keçə bilməz. 10 il ərzində üçüncü dəfə tutulan şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılır. Dördüncü halda isə sürücülük hüququ ömürlük qadağan edilir.  Bundan başqa, hər bir halda, vəziyyətdən asılı olaraq məhkəmə kifayət qədər böyük məbləğdə cərimə də tətbiq edir. 

Avropanın ən gedişli-gəlişli ölkələrindən olan Belçikada ilk dəfə narkotikin təsiri altında saxlanan sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququ 1 həftədən 2 ilədək məhdudlaşdırılır. Ona 1600 – 16 000 avro arası cərimə tətbiq edilir. Eyni qayda pozuntusu təkrar törədildikdə sürücü 40 min avroyadək cərimə oluna, 1 aydan 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Təzə başlayan sürücülərə isə cəza daha ağırdır.  2 ildən az təcrübəsi olan sürücü narkotiklə tutulduğu təqdirdə vəsiqəsi ləğv edilir. Bundan sonra o, yenidən imtahan verərək vəsiqə almağa məcburdur. 

İndi isə gəldik, ilk avtomobilin 2 vətənindən biri olan Fransaya. Əgər avtomobilin digər vətəni Almaniyada marixuanadan az istifadə etməklə avtomobil idarə etmək olursa, Fransada bunun tam əksidir.  Bu ölkədə ilk dəfə narkotikin təsiri altında tutulan sürücünün cəzası 4500 avro cərimə, 6 cərimə balı və 2 ilədək həbsdir. Əgər sürücü həm də spirtli içki qəbul edibsə, cəza 9000 avro olur. 

Təbii ki cəza bununla yekunlaşmır.  Qəzada kimsə xəsarət alıbsa, həbs müddəti 5 il, cərimə 75 000 avroya çıxa bilər. Hadisə yerindən yayınma zamanı cərimə 100 min avro müəyyən edilir. 

Ölüm baş verdikdə həbs müddəti 10 il, cərimə 100 min avro nəzərdə tutulur. Ağırlaşdırıcı hallarda (məsələn, əlavə olaraq vəsiqəsiz idarəetmə, alkoqol sərxoşluğu, hadisə yerindən yayınma) cərimə 150 min avroyadək qalxır. 

Bütün hallarda məhkəmə əlavə olaraq sürücülük hüququnun azı 3 il məhdudlaşdırılması, bəzi nəqliyyat vasitələrinin idarə edilməsinin qadağan olunması cəzasını da tətbiq edir. 

Hər 3 ölkədə sığorta şirkətləri birmənalı olaraq narkotikin təsiri altında olan sürücünün təqsirindən baş verən qəzaya görə ödəniş etmir. Əlavə olaraq, bu qayda pozuntusuna (bəzən də cinayət hesab edilir) yol verən şəxslər üçün sığorta şirkətləri daha əlverişsiz şərtlər müəyyən edir.

Fransada isə, əlavə olaraq bu məlumatlar vətəndaşın şəxsi işinə əlavə edilir. Vətəndaş haçansa məhkumluğun olmamasına dair arayış aldıqda, narkotikdən istifadədə dair qeyd orada öz əksini tapır. Təbii ki, bu halda onun sürücü fəaliyyəti ilə məşğul olması müşkülə çevrilir. Sadə məntiqlə, şirkətlərin çoxu narkomaniyaya görə cəzalandırılmış sürücü ilə işləmək istəməz.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Fevral 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri