Polis orqanlarında xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı keçirilib AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 dekabr, AZƏRTAC
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 223 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 12 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, daxili işlər naziri Vilayət Eyvazov tərəfindən 2024-cü il ərzində respublikanın şəhər və rayonlarında ümumilikdə 18 sıra baxışı keçirilib. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul üçün Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət edərək sıra baxışlarında iştirak etmiş gənclərdən 3061 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb və onlardan 398 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Baxış sayı:104
Bu xəbər 27 Dekabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















