Polis təqib zamanı qeyri adi hadisə ilə üzləşdi VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polis təqib zamanı qeyri-adi hadisə ilə üzləşib. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında baş verən insidentin görüntüləri polis helekopterinin kamerası tərəfindən qeydə alınıb.
Zərdabda Kür daşdı - Polislər vətəndaşları belə xilas etdi - FOTO - VİDEO
Belə ki, Kaliforniya Ştat Patrul Xidmətinin əməkdaşları yerdən və havadan oğurlanan "Mercedes-Benz" markalı avtomobili təqib ediblər. Bir müddət sonra qanunpozucu avtomobilin hərəkətdə olduğu halda pəncərədən çıxaraq nəqliyyat vasitəsinin damına çıxıb və tullanaraq bu dəfə piyada qaçmağa çalışıb. Ancaq polis əməkdaşları dərhal onu təqib edərək qısa müddətdə nəzarətə alıblar.
Sürücünün tərk etdiyi və hərəkəti davam edən avtomobilin qarşısını almaq üçün digər bir polis əməkdaşı operativ şəkildə avtomobilə çatıb və onun dayanmasını təmin edib.
Hadisə nəticəsində ciddi xəsarət alanın olub-olmaması barədə məlumat verilmir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 21 Aprel 2026 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















