Icma.az
close
up
RU
Polisin ən böyük gücü vətəndaşa olan etimaddır ŞƏRH

Polisin ən böyük gücü vətəndaşa olan etimaddır ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan polisinin 108 illik fəaliyyətinə yalnız hüquq-mühafizə orqanının tarixi kimi baxmaq düzgün olmaz. Bu tarix, əslində, Azərbaycan dövlətçiliyinin keçdiyi yolun mühüm bir hissəsidir. Qanunun aliliyinin, ictimai sabitliyin təmin edilməsində polisin rolu mütləq və danılmazdır. Azərbaycan polisinin 108 illik tarixində çox mürəkkəb dövrlər də yaşanılıb. Xüsusilə ölkədə hökm sürən xaos, cinayətkarlığın artması və dövlət institutlarının ciddi sınaqlarla üzləşməsi polisin qarşısında son dərəcə ağır vəzifələr qoyub. Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qayda-qanun bərpa edildi, hüquq-mühafizə sistemi yenidən təşkil olundu və polis dövlətçiliyin əsas dayaqlarından birinə çevrildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev səsləndirib.

O deyib ki, Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi siyasəti uğurla davam etdirərək hüquq-mühafizə orqanlarının müasir dövrün tələblərinə uyğun inkişafı, maddi texniki bazasının gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığı və vətəndaş məmnunluğunu prioritet istiqamətlər təyin edib: “Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri kimi bölgələrdə mütəmadi görüşlərdə iştirak edirik. İnsanlar artıq polisə təkcə cinayət baş verəndən sonra müraciət etmirlər. Dələduzluq, ailədaxili münasibətlər, təhlükəsizliklə bağlı narahatlıqlar, o cümlədən hüquqi izah tələb edən məsələlər də müraciətlərin mövzusuna çevrilir. Bu isə onu göstərir ki, polisin cəmiyyətdə rolu dəyişib, ona olan ictimai gözlənti daha da artıb. Ona görə də bu 108 ili keçilmiş yol kimi yox, davam edən inkişaf prosesi kimi qiymətləndirirəm”.

Əliməmməd Nuriyev vurğulayıb ki, hüquq-mühafizə oqranlarında həyata keçirilən islahatlar sadəcə qəbul olunmuş qərarlarla ölçülməməlidir. “Əsas məsələ həmin islahatların gündəlik xidmətdə hansı nəticəni verməsidir. Hesab edirəm ki, ən mühüm dəyişiklik polis fəaliyyətinin fəlsəfəsində baş verib. Bu gün polis yalnız hüquq pozuntusuna reaksiya verən deyil, o, eyni zamanda, cinayətlərin profilaktikası ilə məşğul olan, riskləri qabaqlayandır. Təkcə xidmət göstərən deyil, vətəndaşa əl uzadandır. Polis orqanının fəaliyyəti ilə bağlı qanunvericilik təkmilləşdirilib. 1999-cu il “Polis haqqında” Qanun qəbul edildi. Bununla da, polis cəza verən orqan olmaqla yanaşı, xidmət edən quruma çevrildi. Bu illər ərzində elektron xidmətlər genişlənib, videomüşahidə sistemləri inkişaf etdirilib, kibercinayətkarlıqla mübarizə imkanları gücləndirilib. Bunların hamısı çox vacib və əhəmiyyətlidir. Ancaq ən mühüm nəticə vətəndaşa münasibətin dəyişməsidir. Təcrübə göstərir ki, bəzən vətəndaş üçün ən vacib məsələ təkcə hüquqi qərar deyil, onun dinlənilməsi, müraciətə obyektiv yanaşılması, qanunun ona izah edilməsidir. Fəaliyyətimiz dövründə bunu çoxlu nümunələrlə görmüşük. Həmişə demişəm ki, polisə hörmət təkcə onun səlahiyyətlərindən irəli gələn məsələ deyil, bu, ilk növbədə, onun peşəkarlığı, davranışı və ədalətli qərarları ilə qazanılır”, - deyə o diqqətə çatdırıb.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri qeyd edib ki, bu gün təhlükəsizlik anlayışı əvvəlki illərlə müqayisədə tamamilə fərqlidir. Əgər əvvəllər cinayət əsasən fiziki məkanda törədilirsə, indi o, mühüm simsiz rəqəmsal mühitə keçib:”Kiberdələduzluq, bank kartlarındakı vəsaitlərin oğurlanması, saxta investisiya platformaları, süni intellekt, texnologiyadan istifadə etməklə bağlı müvafiq göstəricilər problemin miqyasını aydın göstərir. Burada təkcə cinayətkarın məsuliyyətə cəlb edilməsi məsələsi diqqət çəkmir. Qarşıdakı illərdə polisin əsas vəzifəsi yalnız yeni texnologiya əldə etmək deyil, həm də həmin texnologiyaları istifadə edə bilən peşəkar kadr potensialını qanun, ailə və insan hüquqlarına hörmət prinsipi ilə uzlaşdırmaqdır. Polisin ən böyük gücü xüsusi texnika və geniş səlahiyyətlər deyil, vətəndaşa olan etimadıdır. Bu etimad qorunduqca dövlət güclənəcək və qayda-qanun daha etibarlı təmin olunacaq. Hesab edirəm ki, son illərdə həyata keçirilən islahatların əsas məqsədi də budur”,- deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri