Polisin küçədə yatan vətəndaşı təpikləyərək oyatması müzakirələrə səbəb oldu VİDEO
Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nyu-Yorkda polis soyuq havada küçədə yatan evsiz vətəndaşı təpikləyərək oyandırıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ətrafdakı vətəndaşlar tərəfindən mobil telefonla lentə alınaraq sosial mediada paylaşılıb.
Bu məsələ qısa zamanda sosialşəbəkədə ən çox müzakirə olunanlardan birinə çevrilib.
Şikayətlər əsasında Nyu York Polis İdarəsi tərəfindən araşdırma başladılıb. Evsizlərə yardım təşkilatları qış aylarında küçələrdə yaşayan insanlara qarşı daha həssas olmaq lazım olduğunu bildirib.
Hadisəni mobil telefonuna lentə alan vətəndaş "Bu, qeyri-insani bir davranış idi. Polis məmuru, deyəsən, qarşısındakı adamın insan olduğunu unudub. Onunla daha mədəni rəftar edə bilərdi", - deyə bildirib.
New York Polis Departamenti (NYPD) hadisə ilə bağlı istintaq başladıldığını və görüntülərin araşdırıldığını açıqlayıb.
"Biz hər zaman məmurlarımızdan peşəkar və hörmətli davranmalarını gözləyirik. Bu hadisəni ciddi şəkildə araşdırırıq" , - deyə polis idarəsindən açıqlama verilib.
Qeyd edək ki, Nyu Yorkda təxminən 70 min evsiz insan var və bu insanların əksəriyyəti sığınacaqlarda yer tapa bilmədiklərinə görə küçələrdə yaşamaq məcburiyyətində qalırlar.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 08 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















