Icma.az
close
up
RU
Politico: “Aİ Qrenalandiyada strateji səhv buraxıb”

Politico: “Aİ Qrenalandiyada strateji səhv buraxıb”

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Danimarkanın keçmiş Xarici İşlər naziri, hazırda isə Avstraliyanın “Energy Transition Minerals (ETM)” şirkətinin müşaviri Yeppe Kofod “Politico” nəşrinə açıqlamasında belə deyib.
Çinlə tərəfdaşlıq edən ETM dağ-mədən şirkəti “Kvanefelde” yatağında strateji metalların hasilatına başlamağa hazırlaşır. Yataqda külək turbinlərinin, elektromobillərin və yüksək texnologiyalı hərbi texnikanın istehsalı üçün lazım olan nadir torpaq elementlərinin böyük ehtiyatları var.
Nəşr Kopenhagenin və Qrenalnadiya hökumətinin, habelə Brüsselin bu cür layihələri inkişaf etdirmək fürsətindən yararlanmadığına diqqət çəkir.
“2009-cu ildə Danimarka Qrenlandiyanın təbii sərvətlərinə nəzarəti adanın sakinlərinə verib, lakin 12 ildən sonra yerli hakimiyyət nadir torpaq metallarının tərkibində radioaktiv uran olduğuna görə mədən işlərini bloklayıb. ABŞ və Çinin artan xarici siyasət rəqabəti kontekstində Avropanın Qrenlandiyanın sərvətlərinə etinasız yanaşması, ekspertlərin fikrincə, getdikcə strateji səhvə bənzəyir”, - qəzet yazır.
Tramp Qrenlandiyanı hədələyib Hazırda adada yalnız iki kiçik mədən fəaliyyət göstərir - biri qızıl, digəri isə şüşə və keramikada istifadə olunan feldispat istehsal edir. Son vaxtlara qədər nə Danimarka, nə də Avropa İttifaqı (Aİ) istehsalın genişləndirilməsinə ciddi maraq göstərmirdilər.
Yalnız 2023-cü ildə Aİttifaqı Qrenlandiya hökuməti ilə mineral layihələr üzrə əməkdaşlıq memorandumu imzaladı və Aİ-nin müdafiə sektoruna metal tədarükünü artırmaq üçün “Malmberq” molibden mədəninə vəsait ayırmağı öhdəsinə götürdü. Lakin ABŞ prezidenti Donald Trampın adaya nəzarəti güc yolu ilə ələ keçirmək təhdidləri və qrenlandiyalıların mədənçiliklə bağlı məhdud veto hüququ fonunda “Avropa axşam ziyafətinə gecikə bilər”.
Maraqlıdır ki, 2007-ci ildə ABŞ-nin Qrenlandiya və onun ərazi sularında 30 milyard bareldən çox neft-qaz ehtiyatı olduğunu təxmin etməsinə baxmayaraq, “Chevron”, “ENI” və “Shell” şirkətləri tərəfindən aparılna otuz illik kəşfiyyat işləri heç bir nəticə verməyib. 2021-ci ildə isə Qrenlandiya hökuməti ekoloji səbəblərə görə əlavə neft kəşfiyyatını qadağan edib.
Aİ resursların inkişafı üzrə Qrenlandiya ilə əməkdaşlığı davam etdirir. Avropa Komissiyasının (AK) nümayəndəsi isə bildirib ki, adanın mineral ehtiyatlarının taleyi Qrenlandiya xalqından və onların təmsilçilərindən asılıdır.
- Lakin ABŞ daha az ehtiyatlı ola bilər. Vaşinqtonun Nikolas Maduronu ələ keçirmək üçün Venesuelada bu yaxınlarda keçirdiyi əməliyyat Trampın təbii ehtiyatlara nəzarətin təmiantında güc tətbiqinə və beynəlxalq normaları pozmağa hazır olduğunu nümayiş etdirdi. Beləliklə, neft və nadir torpaq elementləri ehtiyatları ilə zəngin oaln Qrenlandiya onun konsepsiyasına mükəmməl şəkildə uyğun gəlir”, - “Politico” nəşri vurğulayır.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri