Politoloji baxış: Viktor Orbanın bəyanatı AB nin müstəqilliyi ilə bağlı hansı siqnalları verir?
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa Birliyi (AB) Ukraynadakı münaqişənin həlli və gələcək Avropa təhlükəsizlik sistemi ilə bağlı Rusiya ilə danışıqlardan imtina etməklə ciddi bir səhvə yol verir.
Bunu Macarıstanın Baş naziri Viktor Orban M1 televiziyasına verdiyi müsahibəsində deyib.
O, Ukrayna böhranının yalnız digər ölkələrin iştirakı ilə həll edilə biləcəyi fikrini ifadə edib.
“Buna yalnız xarici güclərin iştirakı ilə nail olmaq olar. Kimsə ruslarla sülh danışıqları aparmalıdır. Bu, ABŞ və ya Avropa ola bilər. Lakin Avropa Rusiya ilə danışıqlar aparmaq istəmir ki, bu da fəlakətli bir səhvdir”, – baş nazir bildirib.
Maraqlıdır, Viktor Orbanın fikrincə, AB-nin Rusiya ilə danışıqlardan imtina etməsi “fəlakətli səhv”dir.
Görəsən, o , söylədiyi bu fikirlə nəyi vurğulamaq istəyir: real təhlükəni, yoxsa siyasi mesajı?
Üstəlik, AB-nin Rusiya ilə birbaşa danışıqlara girməməsi Ukrayna müharibəsinin uzanmasına təsir edə bilərmi?
Əvvala, Orbanın bu açıqması bir neçə məsələyə diqqət çəkir,
Birincisi, o, Avropada müharibənin uzunmüddətli təhlükəsizlik və iqtisadi nəticələrinə işarə edir. Orban hesab edir ki, münaqişə yalnız hərbi yolla deyil, diplomatik kanallarla həll oluna bilər.
İkincisi, bu, həm də bir növ siyasi mesajdır: həm Brüsselə, həm də Vaşinqtona. O, AB-nin ABŞ-nin siyasətinə həddindən artıq tabe olduğunu, müstəqil qərar vermədiyini vurğulamaq istəyir.
Məsələ hər iki aspektdən qiymətləndirilə bilər. Avropa Rusiya ilə bütün diplomatik əlaqələri kəssə, münaqişə “donmuş, amma davam edən” vəziyyətdə qala bilər. Bu isə iqtisadi sabitsizlik, enerji təhlükəsizliyi problemləri və uzunmüddətli geosiyasi risklər yaradır.
Digər tərəfdən, Orban özünü AB daxilində “alternativ səs” kimi göstərir. O, Macarıstanı “sülh tərəfdarı, lakin təzyiqlərə qarşı müstəqil” bir ölkə kimi təqdim edir. Bu həm daxili siyasət, həm də Brüssellə münasibətlər baxımından məqsədyönlü mövqedir.
Bütün bunların fonunda isə Orban özünü AB daxilində “alternativ səs” kimi göstərir. O, Macarıstanı “sülh tərəfdarı, lakin təzyiqlərə qarşı müstəqil” bir ölkə kimi təqdim edir.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 29 Oktyabr 2025 07:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















