Icma.az
close
up
RU
Politoloq: Anklavların təhvili barədə yekun qərardan danışmaq tezdir

Politoloq: Anklavların təhvili barədə yekun qərardan danışmaq tezdir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sərhədin demarkasiyası prosesini 1991-ci il Almatı Bəyannaməsi əsasında həyata keçirəcəyini açıqlayıb. O, hökumət iclasından sonra jurnalistlər üçün brifinqdə bildirib ki, iki ölkənin ərazilərini və sərhədlərini müəyyən edən xəritələr həm Bakının, həm də İrəvanın arxivində mövcuddur.

“Kirants-Voskepar hissəsində demarkasiya da həmin xəritələr əsasında aparılıb. Sonrakı mərhələlərdə də bu xəritələrdən istifadə olunmalıdır və məsələ yalnız bu kontekstdə həllini tapmalıdır”, – Paşinyan vurğulayıb.

Baş nazir eyni zamanda anklavlar məsələsinə toxunaraq qeyd edib ki, sülhün məntiqi Azərbaycanın suveren ərazilərinin mövcudluğunu qəbul etməkdən keçir:

“Biz nəzarətimiz altında olan suveren Azərbaycan ərazilərinin olması reallığı ilə üzləşməliyik. Bu məsələ sərhədlərin müəyyən edilməsi prosesi zamanı öz həllini tapmalıdır”.

Xatırladaq ki, söhbət Ermənistan ərazisində yerləşən və Azərbaycana məxsus Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir.

Bunun fonunda Ermənistan mediasında da diqqətçəkən məlumat yayılıb. “Respublika Meydanı” Teleqram kanalı iddia edib ki, rəsmi İrəvan Azərbaycanın Tavuş və Araratdakı anklavlarını Bakıya verməyə hazırlaşır. Mənbənin fikrincə, bu addım Ermənistan-Gürcüstan və Ermənistan-İran yollarının Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnə bilər.

Məlumatda həmçinin vurğulanıb ki, “Paşinyan və komandası əslində Zəngəzur dəhlizinin açarlarını ABŞ və Türkiyə-Azərbaycan tandeminə təqdim edir. Bu isə Sünikin (Qərbi Zəngəzur) tamamilə Azərbaycan mövqeləri və səngərləri ilə əhatələnməsinə və Ermənistanın İranla birbaşa əlaqəsinin kəsilməsinə gətirib çıxara bilər”.


Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, teleqram kanalları heç də həmişə etibarlı informasiya mənbəyi olmur:


"Xüsusilə də söhbət Ermənistanda fəaliyyət göstərən bir Teleqram kanalının yaydığı məlumatdan gedirsə, onun etibarlılığı ilə bağlı şübhələr daha da artır. Əslində Paşinyanın bu sözləri diplomatik yanaşmanı əks etdirir. Həmçinin prosesin beynəlxalq hüquq və ikitərəfli razılaşmalar çərçivəsində həll olunacağını göstərir. Bu, Azərbaycanın illərdir tələb etdiyi məqamlardan biridir.

Həqiqətən də, bu məsələ demarkasiya və delimitasiya prosesinin bir hissəsi olaraq öz həllini tapmalıdır. Hazırda bu proseslə bağlı yeni nəticə olmasa da, məlumdur ki, Azərbaycan və Ermənistan arasında müvafiq komissiyalar görüşlər keçirir, iş aparılır. Bu da ümumi mənzərədə müsbət tendensiya kimi qiymətləndirilə bilər. Əgər komissiyalar arasında görüşlər intensiv və ardıcıl davam edərsə, Paşinyanın dediyi kimi, anklavların taleyinə bu çərçivədə aydınlıq gətirilə bilər. Ancaq “mütləq şəkildə bu ərazilər geri qaytarılacaq” deyə bir rəsmi və ya hüquqi təminat yoxdur. Dünya praktikasında belə məsələlər çox zaman fərqli həll variantları ilə yekunlaşır: icarə, mübadilə, ortaq idarəetmə və s. Hər şey razılaşmanın nəticələrindən asılıdır".



Analitikin sözlərinə görə, “Respublika Meydanı” Teleqram kanalı məsələni təqdim edərkən ciddi qərəz nümayiş etdirib:

"Burada məqsədin Paşinyan əleyhinə daxili narazılığı alovlandırmaq olduğu açıq hiss olunur. Ermənistan daxilində bir neçə maraq qrupu mövcuddur. Hər şeydən öncə isə bu ölkədə Rusiyanın “5-ci kolonu” fəaldır. Eyni zamanda, erməni Apostol kilsəsi ilə Paşinyan arasında uzun müddətdir davam edən siyasi və ideoloji qarşıdurmanı da nəzərə alsaq, bu cür xəbərlərin arxasında manipulyasiya məqsədlərinin olduğu görünür. Anklavların təhvili məsələsinə gəldikdə isə, bu barədə indidən yekun qərardan danışmaq tezdir. Ərazi mübahisələrinin həlli uzunmüddətli prosesdir və sadəcə birtərəfli siyasi bəyanatlarla bitmir. Razılaşma sənədləri, hüquqi çərçivələr və beynəlxalq müşahidəçilərin iştirakı bu prosesin tərkib hissəsidir".


Turan Rzayev əlavə edib ki, Zəngəzur dəhlizinin açarlarının guya ABŞ və Türkiyə–Azərbaycan tandeminə verilməsi, Ermənistanın isə İranla əlaqəsinin kəsiləcəyi kimi iddialar açıq şəkildə publikaya yönəlik panika və aqressiya yaratmağa hesablanıb:

"Əslində, Vaşinqton görüşündə əldə edilən razılaşmada bu məsələyə aydınlıq gətirilib. Azərbaycanın əsas istəyi  maneəsiz hərəkət və nəqliyyat dəhlizinin yaradılması diplomatik dildə ifadə olunub. İddialara görə, Vaşinqton İrəvanla ayrıca saziş imzalayaraq bu əraziləri bir növ icarəyə götürüb və 99 illik istifadə hüququ ilə dəhlizdə sərbəst hərəkəti təmin edəcək. Bu ssenari Bakı və Ankara üçün iqtisadi və siyasi baxımdan tam məqbul görünür. Bakı İrəvanla enerji satışını və infrastruktur layihələrini, Ankara isə Ermənistan bazarına çıxışı hədəfləyir. Bu da hər iki tərəfə ciddi dividentlər vəd edir. Bununla belə, prosesin İran üçün mənfi nəticələr doğuracağına dair arqumentlər əsassızdır. Ümumiyyətlə, İran–Ermənistan əlaqələrinin kəsilməsi barədə yayılan məlumatlar heç bir real mənbəyə əsaslanmır və siyasi uydurma xarakteri daşıyır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri