Icma.az
close
up
RU
Politoloq: Avropa həmişə İranı türk maraqlarına qarşı istifadə edib

Politoloq: Avropa həmişə İranı türk maraqlarına qarşı istifadə edib

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 İran üçün Azərbaycanın adı belə "qarın ağrısı" yaradır


İranın ikili standartları onu göstərir ki, Ermənistan yönümlü siyasəti davam edir


Tehran Ermənistan, Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini alqışlayır.

Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib.

"Kommunikasiyaların açılması məsələsində mövqeyimiz məlumdur. Bu, tərəflərin suverenliyinə tam hörmətlə həyata keçirilməlidir", - səfir qeyd edib.

Mehdi Sobhani qeyd edib ki, İran Ermənistanın xarici siyasətini diversifikasiya etməsini onun təbii və suveren hüququ kimi qəbul edir:

"Biz bunu İrana qarşı yönəlmiş addım hesab etmirik. Ermənistan suveren dövlətdir və biz ona öz xarici siyasətini necə qurmağı diktə edə bilmərik. Eyni zamanda, ümid edirik ki, Ermənistanın digər ölkələrlə əlaqələrinin inkişafı da onun İranla əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək. Ermənistan-Avropa əlaqələrinin dərinləşməsinin Ermənistan-İran münasibətlərinə də müsbət təsir edəcəyini gözləyirik. Ermənistan hökuməti bizi əmin edib ki, onun xarici siyasət əlaqələrinin inkişafı İrana qarşı yönəlməyib və biz bu təminatlara inanırıq. Ermənistan İranla dostluğa böyük önəm verir", - diplomat vurğulayıb.


Politoloq Əhəd Məmmədli Sherg.az-a deyib ki, İranın mövqeyi göz qabağındadır:


"30 il ərzində Azərbaycan əraziləri işğal altında idi. Həmin vaxt İran Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə maraqlanmırdı. Amma bu gün Ermənistanın suverenliyi və ərazi bütövlüyü İran üçün "əhəmiyyətlidir". Biz demirik ki, İranın bölgədə maraqları yoxdur. Aydındır ki, İranın Avropaya çıxışı yalnız Ermənistan üzərindən mümkündür. Yəni İran şimala çıxmaq istəsə, Ermənistanla sərhəddən istifadə etməlidir. Bu baxımdan, əgər İran narahatdırsa, Azərbaycan da zamanında ona təminatlar verirdi. Zəngəzur dəhlizi məsələsində də Azərbaycan bu təminatları davam etdirəcəyini bildirmişdi. Bəs onda İran nə üçün narahatdır? İranın narahatlığı Ermənistanın verdiyi vədlərlə bağlı deyil. Ermənistanda ABŞ-ın iştirakı ilə hərbi təlimlər keçirilir – İran buna susur. Ermənistan Avropa müşahidəçilərini Azərbaycanla sərhədə gətirir – İran yenə etiraz etmir. Amma Azərbaycan tərəfində bir "quş" uçan kimi, İran rəsmiləri dərhal reaksiya verir. Xarici işlər nazirindən tutmuş, bölgə mollalarına qədər, hamısı səs-küy salır. Azərbaycana təhdidlər, ittihamlar gəlir. Amma bu təhdidlərin bir qismini artıq tarixin arxivinə göndərmək mümkündür.

İranın bu ikili standartları onu göstərir ki, Ermənistan yönümlü siyasəti davam edir. Bu, təəccüblü deyil. Elə Bakıda kimsə İrandan gəlib bir şeir oxuyanda, bizimkilərin yarısı göz yaşına boğulub ağlayırdı. Sanki bununla məsələ bitdi, problem həll olundu... Əslində bu cür emosional yanaşmalarla heç nə düzəlmir".


Analitik qeyd edib ki, İranın siyasi xətti çoxdan məlumdur:

"Hər şey ideoloji dairələr, inqilabi qurumlar, məscidlər və xüsusi dini-siyasi mərkəzlər tərəfindən yönləndirilir. Əgər sabah İranda rejim dəyişsə, dünyəvi hakimiyyət gəlsə belə, yenə Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğu İran üçün problem kimi qalacaq. Çünki İran üçün Azərbaycanın adı belə "qarın ağrısı" yaradır. Hələ bu ağrı təkcə İranla bitmir, başqa bölgələrə də yayılır. Bunun dəyişməsi üçün İranın siyasi rəhbərliyi tam şəkildə türk düşüncəsinə açıq olmalıdır. İrana bir Nadir Şah kimi hökmdar gərəkdir. İranı bir türk dövləti və ya türk mənşəli hakimiyyət idarə etməyə başlayanda bəlkə də münasibətlər dəyişə bilər. Yoxsa, fərqi yoxdur, siyasəti şah idarə edir, ya mollalar, ya sabah hansısa başqa dini-camaat strukturu – nəticə dəyişmir. İranın Azərbaycana münasibəti daim qeyri-səmimi və qarşıdurma üzərində qurulub".



İranın "Avropa sevgisinə" gəlincə, Əhəd Məmmədli əlavə edib ki, bu sevgi qədimdən, Fatimilər və Səfəvilər dövründən gəlir:

"Amma sonda hamısı Çaldırana dirənir və aləm bir-birinə qarışır. Sonra isə tarix təkrar olunur.

Tarix göstərir ki, Avropa həmişə İranı Türkiyəyə və ya ümumiyyətlə türk maraqlarına qarşı istifadə edib. Bu, tarix boyu belə olub, indi də davam edir. Biz dəfələrlə demişik: ABŞ-İran, İsrail-İran arasında real müharibə olmayacaq. 12 gün davam edən raket atışmaları müharibə deyil. Müharibə – İraq, Əfqanıstan, Suriya kimi illərlə davam edən, milyardlarla ziyan vuran genişmiqyaslı münaqişədir. Halbuki, burada bir tərəf o birisinə əvvəlcədən xəbər verir ki, raket atacağam, qarşı tərəf də cavab olaraq xəbər verir. Bu sadəcə teatrdır, insinuasiyadır – müharibə deyil. Bu cür gərginliklər hələ davam edə bilər, amma real müharibə olmayacaq. Çünki İran qərbdəki maraqlarının təminatçısı olub və olacaq. Təəssüf ki, bu maraqlar həmişə türk maraqlarına qarşı yönəlib. Bu, təkcə siyasi deyil, həm də dini məsələdir. Bəli, bu artıq başqa bir müzakirə mövzusudur – və sonda bu da yenə gedib tarixdə Çaldıran döyüşünə dayanır"...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri