Icma.az
close
up
RU
Politoloq: Azərbaycan Ukrayna münasibətləri yüksələn dinamika ilə davam edəcək

Politoloq: Azərbaycan Ukrayna münasibətləri yüksələn dinamika ilə davam edəcək

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Ukrayna səfiri Yuri Husyev ilə görüşüb.

Bu barədə Ukrayna səfiri “X”də paylaşım edib.

“Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla məhsuldar görüş keçirib, səmərəli müzakirə apardıq. Azərbaycanın göndərdiyi humanitar yardımın yeni partiyası – enerji avadanlığı artıq Ukraynaya çatdırılıb. Bunun üçün minnətdarıq. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün birgə addımlar barədə razılığa gəldik”, – diplomat vurğulayıb.

Qeyd edək ki, rəsmi Bakı müharibənin ilk günlərindən etibarən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bu istiqamətdə humanitar missiyalar həyata keçirib. Azərbaycanın bu ölkəyə etdiyi yardımlar Ukraynanın infrastrukturunun bərpasına, mülki əhalinin sosial ehtiyaclarının qarşılanmasına mühüm töhfə verir.

Eyni zamanda, iki ölkə arasında münasibətlər təkcə humanitar sahə ilə məhdudlaşmır. Bakı və Kiyev siyasi dialoqun gücləndirilməsi, regional əməkdaşlıq, enerji və nəqliyyat layihələrində birgə fəaliyyət, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəklə strateji tərəfdaşlıq xəttini davam etdirirlər.


Politoloq Aytən Qurbanova Sherg.az-a deyib ki, Azərbaycan-Ukrayna münasibətləri əsasən yüksələn xətt üzrə inkişaf edir:


"Müharibənin ilk günündən etibarən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını və bu istiqamətdə atılan addımları daim dəstəklədiyini açıq şəkildə bildirib. Bu dəstəyin bariz nümunələrindən biri də mərhələli şəkildə Kiyevə göndərilən humanitar yardımdır. Hadisələrin gələcək gedişatı necə olursa-olsun, Azərbaycan-Ukrayna münasibətlərinin eyni yüksələn dinamika ilə davam edəcəyi, dövlətimizin xarici siyasətdə atdığı qətiyyətli addımların isə bu ölkəyə münasibətdə də öz təsirini qoruyacağı şübhəsizdir. Azərbaycan ümumiyyətlə, bütün dövlətlərlə münasibətlərində ərazi bütövlüyünün tanınması, suverenliyə və hörmət prinsipini əsas prioritet kimi qəbul edir. Bu mövqe üzərində qurulan siyasət qarşılıqlı etimada və möhkəm siyasi əlaqələrə əsaslanır. Rəsmi Kiyev ilə münasibətlər də məhz bu təməl üzərində davamlı şəkildə inkişaf edir. Bakının Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində atılan addımları daim qətiyyətlə dəstəkləməsi və humanitar yardımlar göstərməsi qarşılıqlı etimadı daha da möhkəmləndirən mühüm amillərdən biridir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri