Icma.az
close
up
RU
Politoloq: Ermənistanın birtərəfli bəyanatları etibarlı təminat sayıla bilməz

Politoloq: Ermənistanın birtərəfli bəyanatları etibarlı təminat sayıla bilməz

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paşinyanın bu açıqlamasında həm siyasi manevr, həm də reallıqdan uzaq romantizm var

Tural İsmayılov: Nəqliyyat marşrutları sülh müqaviləsi və qarşılıqlı tanıma əsasında mümkündür

“Dəmir yolunun şərqdən qərbə davamlığı ilə bağlı vacib xüsusiyyət var. Bizim istək və fikrimiz odur ki, yüklər Azərbaycan vasitəsilə Mehriyə, oradan da Naxçıvana daxil olur, daha sonra yol Yerasx və Axurik vasitəsilə Türkiyə sərhədinə qədər davam edir. Bərpa üçün çox qısa bir hissə qalıb və artıq bunun üzərində işləməyə başlamışıq”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, Türkiyədə Qarsdan Naxçıvana dəmir yolunun tikintisi başlayıb:

“Bizim mövqeyimiz belədir: Vaşinqtondakı sülh sammiti kimi qlobal dönüş bu imkanı verir ki, burada bir neçə milyard dollar xərcləmədən eyni marşrutu Axurik-Yerasx xətti ilə təmin etmək mümkün olsun. Əlbəttə, bu istiqamətdə işləyirik, belə bir anlayış və razılaşma yaratmaq məqsədilə”.

Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Paşinyanın bu açıqlamasında həm siyasi manevr, həm də reallıqdan uzaq romantizm var:

"O, dəmir yolunun davamlılığını “sülhün gətirdiyi fürsət” kimi təqdim etsə də, faktiki olaraq Ermənistan hələ sülh müqaviləsinin əsas müddəalarını qəbul etməyib. Belə bir şəraitdə kommunikasiya xəttinin bərpasını gündəmə gətirmək daha çox beynəlxalq auditoriyaya “konstruktiv tərəf” obrazı çıxarmağa hesablanıb. Əgər İrəvan həqiqətən bu marşruta inanırsa, əvvəlcə sərhədlərin delimitasiyası və konstitusiyadakı ərazi iddialarının aradan qaldırılması prosesini tamamlamalıdır. Azərbaycan üçün kommunikasiya layihələri yalnız siyasi-hüquqi zəmanət fonunda məna kəsb edir, çünki ötən 30 ilin təcrübəsi göstərib ki, Ermənistanın birtərəfli bəyanatları etibarlı təminat sayıla bilməz. Paşinyanın “qısa hissə qaldı” deməsi isə prosesin texniki yox, məhz siyasi hissəsinin açıq qaldığını gizlətmir. Sülh müqaviləsi olmadan Ermənistanın razılaşmaları dəyişdirməyəcəyi, yaxud sabah yenidən pozmayacağına zəmanət yoxdur".

Analitik qeyd edib ki, Paşinyanın Vaşinqton sammitinə istinad etməsi göstərir ki, Ermənistan yenə üçüncü tərəflərin vasitəçiliyinə güvənir, ikitərəfli öhdəlikləri isə arxa plana keçirir:

"Amma Bakı üçün əsas prinsip aydındır: nəqliyyat marşrutları sülh müqaviləsi və qarşılıqlı tanıma əsasında mümkündür. Texniki hazırlıqdan danışmaq olar, amma siyasi təminat olmadan bu marşrutların açılması real deyil. Ona görə də Paşinyanın dedikləri gözəl səslənsə də, praktik nəticə üçün Ermənistan real hüquqi addımlar atmalıdır. Əks halda, bu açıqlamalar yalnız beynəlxalq ictimaiyyətə mesaj kimi qalacaq, regionun real geosiyasi arxitekturasını dəyişməyəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see255

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see219

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see213

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see182

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see167

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see139

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri