Paşinyanın arqumenti Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz XİN
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş naziri Nikol Paşinyana cavab verib.
Milli.Az xəbər verir ki, bu barədə A.Hacızadə "X" sosial media hesabında paylaşım edib.
"Maraqlıdır ki, sizin "sülhsevər hekayəniz" regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır.
Əgər Ermənistan, həqiqətən də, qonşuları ilə sülhün qurulmasında maraqlıdırsa, niyə siz hamınız "Qərbi Ermənistan" və "Dağlıq Qarabağ Respublikası" adlandırdığınız ərazilərə iddialardan imtina prosesinə başlamaqdan bütün vasitələrlə imtina edirsiniz?
Bağışlayın, amma sizin arqumentiniz Ermənistanın "xoş niyyətinin" təsdiqi sayıla bilməz"
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 Yanvar 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















