Icma.az
close
up
RU
Politoloq: İki cəmiyyət barışmasa, sülh imzalamağın heç bir mənası yoxdur

Politoloq: İki cəmiyyət barışmasa, sülh imzalamağın heç bir mənası yoxdur

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Nifrət azalırsa, sülh başlayır

 

 Fuad Abbasov: “Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana daha sıx səfərlər edərək, erməni ictimaiyyətinin Azərbaycana mənfi münasibətini tədricən dəyişməlidirlər”

 21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri və növbəti görüşü baş tutdu. Səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşdülər. Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olundu. Həmçinin, sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunuldu. Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə edildi. "Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alındı. Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsü üzvləri Prezidentin köməkçisi Hikmət Hacıyev ilə görüşüblər. Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Hikmət Hacıyev Təşəbbüs üzvlərinin suallarını cavablandırıb. “Təhlükəsizlik Siyasətinin Araşdırılması Mərkəzi” QHT-nin prezidenti Areq Koçinyan deyib ki, istər Ermənistan, istərsə də Azərbaycanda müvafiq qurumlar təhlükəsizliyin təmin edilməsinə cəlb olunub. QHT rəhbəri qeyd edib ki, azərbaycanlı həmkarları İrəvanda olarkən özlərini təhlükəsiz hiss ediblər, eyni şeyi Bakıda olarkən onlar da görüblər: "Qarşılıqlı səfərlər davam edəcək".

Politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin ayda bir dəfə görüş keçirməsi, təmasları intensivləşdirməsi çox pozitiv qiymətləndirilə bilər. Ekspert bildirib ki, vətəndaş cəmiyyətləri nümayəndələrinin mütəmadi görüşləri, müəyyən məsələləri qarşılıqlı müzakirə etməsi tərəflər arasında sülhün imzalanması üçün vacib məqamdır:

"Azərbaycan və Ermənistan dövlət səviyyəsində nə qədər müqavilələr imzalasalar, liderlər nə qədər əl sıxsalar belə, cəmiyyətlər də sülhə yaxınlaşmadan yekun sülh əldə etmək mümkün olmayacaq. Çünki iki cəmiyyət arasında çox ciddi qarşıdurma var. Yəni azərbaycanlılar ermənilərin illər boyu bizlərə yaşatdıqlarını, eyniylə ermənilər də 44 günlük müharibəni unuda bilmirlər. Bu baxımdan hər iki cəmiyyəti təmsil edən şəxslərin, QHT nümayəndələrinin sıx təmasları iki xalq arasındakı qarşıdurmanı tamamilə aradan qaldırmasa da, nisbətən azaldacaq. Həm də bir məsələ ortaya çıxacaq ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda olarkən onlara münasibət necə idi, Bakıda ermənilərə yanaşma necə olacaq?".

Analitik vurğulayıb ki, Ermənistan Konstitusiyasında hələ də Azərbaycana, Türkiyəyə ərazi iddiası qalmaqdadır:

"Ermənistan hökuməti bunu aradan qaldırmayıb. Erməni toplumu bu xülyadan vaz keçməlidir. Çünki indiki Ermənistan əraziləri tarixi Azərbaycan yurdları olsa da, bizim heç bir rəsmi, hüquqi sənədimizdə Ermənistana ərazi iddiası yoxdur. Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana daha sıx səfərlər edərək, erməni ictimaiyyətinin Azərbaycana mənfi münasibətini tədricən dəyişməlidirlər. Əgər münaqişə aradan qalxıbsa, sülh əldə olunubsa, ictimaiyyətlərin qarşılıqlı nifrəti də zamanla aradan qalxacaq. Mən qarşılıqlı səfərləri dəstəkləyirəm və daha intensiv olmasını istəyirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri