Icma.az
close
up
RU
Azərbaycan tərəfinin atacağı diplomatik addımlar xüsusi əhəmiyyət daşıyır POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycan tərəfinin atacağı diplomatik addımlar xüsusi əhəmiyyət daşıyır POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Suriya prezidentinin və nümayəndə heyətinin Bakıya rəsmi səfəri regionda diqqət çəkən geosiyasi hadisələrdən biri oldu. Görüş zamanı Azərbaycan qazının Suriyaya, daha sonra isə İordaniya və Misirə qədər ötürülməsi ideyasının müzakirəyə çıxarılması, həm iqtisadi, həm də strateji baxımdan çoxşaxəli nəticələr doğura biləcək bir təşəbbüsdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bu marşrutun reallaşması ilk növbədə Azərbaycanın enerji ixrac xəritəsində ciddi bir genişlənməni ehtiva edir. Ənənəvi olaraq Avropa bazarına yönəlmiş ixrac siyasətimiz Yaxın Şərqə doğru genişlənərsə, ölkəmiz yalnız tədarükçü deyil, həm də regionlararası enerji körpüsü rolunu oynamağa başlayacaq: "Təklif olunan bu enerji xətti bir sıra mühüm üstünlüklər və çağırışlar doğurur. Üstünlüklərə gəldikdə, Azərbaycan yeni bazarlara çıxmaqla öz qaz ehtiyatlarını daha rəqabətli şəkildə dəyərləndirə bilər. Bu, enerji gəlirlərinin artmasına və valyuta axınının güclənməsinə şərait yaradacaq. Eyni zamanda, bu əməkdaşlıq Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni bir siyasi və iqtisadi əməkdaşlıq platformasının formalaşmasına yol aça bilər.

Digər tərəfdən, layihənin reallaşması bir sıra riskləri də gündəmə gətirir. Suriya ərazisindəki davamlı hərbi-siyasi qeyri-sabitlik boru kəmərinin təhlükəsizliyinə təhdid yarada bilər. Eyni zamanda, Suriyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar və bəzi Qərb dairələrinin bu cür əməkdaşlığa mənfi yanaşması layihənin qarşısında əlavə maneələr yarada bilər. Bu kontekstdə Azərbaycan tərəfinin atacağı diplomatik addımlar xüsusi əhəmiyyət daşıyır. Əgər proseslər düzgün şəkildə idarə olunarsa, bu təşəbbüs Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlanğıcı ola bilər. Yaxın Şərq bazarına çıxış yalnız iqtisadi dividentlərlə məhdudlaşmayacaq, həm də Azərbaycanın regional mövqeyini daha da gücləndirəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyul 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri