Icma.az
close
up
RU
Trend və DHA agentlikləri süni intellekt əsaslı rəqəmsal platformaya TDT və D8 ölkələrinin mediasını dəvət edir Sevil Mikayılova

Trend və DHA agentlikləri süni intellekt əsaslı rəqəmsal platformaya TDT və D8 ölkələrinin mediasını dəvət edir Sevil Mikayılova

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin tanınmış "Demirören Agentliyi" (DHA) süni intellekt əsaslı rəqəmsal platformaya TDT və D8 ölkələrinin mediasını dəvət edir.

Milli.Az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzusuna həsr olunan ikinci panel sessiyada çıxışı zamanı deyib.

"Trend və DHA agentlikləri birlikdə çox maraqlı bir layihə ilə çıxış etdi: müasir informasiya texnologiyalarına əsaslanan və bu gün üçün zəruri əməkdaşlığı ehtiva edən yeni bir platforma. Biz artıq digər dövlətləri, hətta türkdilli olmayan ölkələri də bu layihəyə cəlb etmişik.

Çinin nüfuzlu "Xinhua" Agentliyi də layihəyə qoşulmağa razılıq verib. Eyni zamanda, türk dövlətlərindən olan bütün həmkarlarımızı da bu platformaya dəvət etmişik. Burada bir multimedia stoku yaradılıb," deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, xüsusilə internet məkanında dezinformasiyanın geniş vüsət aldığı bir dövrdə belə bir platformanın mövcudluğu böyük əhəmiyyət kəsb edir.

"Süni intellekt vasitəsilə yaradılan yalan informasiyalara cavab olaraq doğru və dəqiq kontentin çox olması vacibdir. Məhz bu məqsədlə biz bu stoku yaratdıq. Həmçinin, süni intellekt vasitəsilə müxtəlif dillərə tərcümə imkanlarını ilk dəfə uğurla tətbiq edərək çox müsbət nəticə əldə etmişik", - deyə millət vəkili vurğulayıb.

S. Mikayılova əlavə edib ki, digər ölkələrdən olan həmkarları da platformaya cəlb etməklə çox müsbət bir media mühiti formalaşdırıla bilər:

"Burada dəqiq, ictimaiyyəti düzgün istiqamətləndirən xəbərlər təqdim ediləcək. Xəbərin mahiyyətindən asılı olmayaraq məlumat korrekt və etibarlı olacaq. Dövlətlər arasında strateji kommunikasiyanın qurulması bu gün çox vacibdir. Etiraf etməliyik ki, sosial media və ənənəvi media ictimai şüura təsir baxımından son dərəcə güclü vasitələrdir. Amma belə platformaların mövcudluğu, dəqiq informasiya mənbələrinin toplandığı mühitin yaradılması vacibdir. Diplomatlar, qərarverici şəxslər və media savadlılığı olan insanlar üçün bu platforma çox dəyərlidir. Zaman keçdikcə texnologiyaların inkişafı ilə bu mühitdə daha yüksək səviyyəli media sistemi formalaşacaq. Lakin indiki mərhələdə dayana bilmərik: həm qanunvericilik bazasını möhkəmləndirməli, həm də yeni media hüququnun yaradılması və əməkdaşlıq platformalarının qurulması istiqamətində çalışmalıyıq",- deyə S.Mikayılova bildirib.

Deputat bir neçə gün əvvəl Bakıda D8 ölkələrinin Media Forumunun keçirildiyini xatırladaraq qeyd etdi ki, dövlətin apardığı siyasi xətti ideoloji baxımdan möhkəmləndirmək üçün bu cür forumlara böyük ehtiyac var.

"Digər ölkələri də platformaya cəlb etməklə coğrafiyamızda dəqiq informasiyanın əhatə dairəsini genişləndirə bilərik. Beləliklə, fake news, dezinformasiya ilə mübarizədə bir sədd yarada bilərik. Bu, bütün həmkarlarımız üçün çox faydalı olacaq", - deyə S. Mikayılova fikrini tamamlayıb.
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Noyabr 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri