Zelenski Niderlandın baş naziri ilə Cenevrə danışıqlarından sonrakı diplomatik vəziyyəti müzakirə edib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə müşavirlər səviyyəsində keçirilən görüşlərdən sonra yaranmış diplomatik vəziyyəti Niderlandın Baş naziri Dik Sxofla müzakirə edib.
APA xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkələrdə məlumat verib.
Görüş zamanı tərəflər “istəklilər koalisiyasının” toplantısından sonra formalaşan diplomatik dinamikanı və Cenevrə danışıqlarının nəticələrini dəyərləndiriblər.
“Ümid edirik ki, bütün tərəfdaşlarla konstruktiv əməkdaşlıq mövcud sülh təşəbbüslərinin reallaşmasına təkan verəcək. Bizim işimiz hər zaman olduğu kimi, maksimal dərəcədə məzmunlu olacaq”, - Zelenski bildirib.
Ukrayna lideri həmçinin ölkənin müdafiəsi və mülki infrastrukturun qorunması üçün ehtiyaclar barədə Niderland hökumət başçısını məlumatlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 27 Noyabr 2025 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















