Icma.az
close
up
RU
Politoloq: Rusiyanın atdığı son addımlar Gürcüstanın haqlı olaraq narazılığına gətirib çıxarır

Politoloq: Rusiyanın atdığı son addımlar Gürcüstanın haqlı olaraq narazılığına gətirib çıxarır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Lakin son proseslər hələ ki Rusiya-Gürcüstan əlaqələrinin inkişafını əngəlləyə bilməz


 Gürcüstanın ərazi bütövlüyünün məsələsi yaxın zamanda həllini tapması mümkündür


Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın Abxaziya bölgəsində yerləşən Suxumi Hava Limanından qanunsuz istifadəsinə dair etiraz bəyanatı yayıb.

Bəyanatda Gürcüstanın işğal altındakı Abxaziya bölgəsi ilə hava nəqliyyatının başladılmasından narahatlıq ifadə olunub.

“Rusiya aviaşirkətinin 2025-ci il mayın 1-də işğal olunmuş Abxaziya bölgəsinə qanunsuz uçuş həyata keçirməsi, eləcə də işğal rejimi ilə bağlanmış Suxumi Hava Limanının Rusiyaya verilməsi və istismarı haqqında qondarma saziş Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü, işğal altındakı ərazilərə dair qanununu, beynəlxalq hüququn əsas norma və prinsiplərini, o cümlədən həm Gürcüstanın, həm də Rusiya Federasiyasının üzv olduğu BMT Nizamnaməsini və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Konvensiyasını kobud şəkildə pozur”, -bəyanatda qeyd edilib.

Bəyanatda mayın 1-dən Abxaziya ilə dəmir yolu əlaqəsinin bərpa olunmasından da narahatlıq ifadə olunub.

“Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını beynəlxalq öhdəliklərini, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı Konvensiyası və Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs sazişi üzrə öhdəliklərini yerinə yetirməyə çağırır”,- qeyd edilib.


Politoloq Əli Zülfüqaroğlu Sherg.az-a bildirib ki, hazırda geosiyasi şərtlər Gürcüstanla Rusiya arasındakı münasibətlərin inkişafını diqtə edir:


"Rəsmi Tbilisi Qərbin uzun illər ərzində Gürcüstanda formalaşdırdığı rıçaqların sıradan çıxarılması prosesini həyata keçirir. Bununla bağlı qanunlar qəbul olundu. Xüsusilə xarici təsirlərin şəffaflığını təmin edən qanunu göstərmək olar. Gürcüstan hesab edir ki, geosiyasi şərtlər bu dövlətin regional müstəvidə əlaqələrin genişləndirilməsinə, müəyyən məsələlərin həllinə aparmalıdır. Ona görə də Tbilisi Moskva ilə əlaqələrini normallaşdırmağı prioritet seçib. Rusiya istəyir ki, ümumiyyətlə Qərbin Gürcüstanda möhkəmləndirilməsi problemi təmin edilsin. Həmçinin Gürcüstanın apardığı siyasət, o cümlədən Rusiya ilə münasibətlərin perspektivləri baxımından Tbilisi və Moskva arasında pərdəarxası danışıqların getdiyini deməyə əsas verir. Odur ki, Rusiya və Gürcüstan əlaqələri yaxın gələcəkdə inkişaf edə bilər. Ən böyük problem Gürcüstanın separatizmə məruz qalmasının Rusiya tərəfindən həyata keçirilməsidir. Əslində rəsmi Tbilisi Qərbyönümlü siyasəti nəticəsində bununla üzləşib. Eyni zamanda Gürcüstanın ərazi bütövlüyünün məsələsi yaxın zamanda həllini tapması mümkündür. İndiki məqamda hökumət prosesin sürətləndirilməsinə çalışır".


Politoloq əlavə edib ki, Rusiyanın atdığı son addımlar Gürcüstanın haqlı olaraq narazılığına gətirib çıxarır:

"Sözügedən bəyanat onu deməyə əsas verir ki, Moskva və Tbilisi arasında münasibətlərin perspektivini Rusiyanın bu tipli addımları təhdid altına salır, zədələyir. Lakin son proseslər hələ ki Rusiya-Gürcüstan əlaqələrinin inkişafını əngəlləyə bilməz. Belə məsələləri mütəmadi şəkildə izləmək olar. Ümumiyyətlə bütövlükdə iki ölkə arasındakı münasibətləri bu cür addımlarla pozulması ehtimalı azdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 May 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri