Icma.az
close
up
RU
Politoloq: Sülh sazişinin imzalanma məkanı və formatı gündəmdədir

Politoloq: Sülh sazişinin imzalanma məkanı və formatı gündəmdədir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 Doha görüşü bu məsələdə Bakı üçün aydın siqnal almaq baxımından əhəmiyyətli ola bilər

 Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Doha Forumu çərçivəsində Dohada görüşəcək. Bu barədə Ermənistanın Təhlükəsizlik Şurası məlumat yayıb. Məlumata görə, tərəflər “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcəklər. Ekspertlərə görə, Doha görüşü indiki mərhələdə sakit, lakin kifayət qədər konstruktiv tonda keçəcək. Çünki tərəflərin müzakirəyə ehtiyac duyduğu mövzular çoxdur. Həm də proses artıq o mərhələyə çatıb ki, hər görüş gələcək sülh nizamlanmasının konturlarını bir az da dəqiqləşdirir.

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, hazırda delimitasiya və demarkasiya prosesinin gedişi tərəflər üçün əsas texniki və siyasi bloklardan biridir. Analitik vurğulayıb ki, proses üzrə əldə olunan razılıqlar, habelə hələ də üzərində ortaq mövqe formalaşmayan məqamlar Dohada müzakirə edilə bilər:

"Bu müzakirələr artıq prinsipial iddialardan çox, xətti haradan necə keçirmək, hansı texniki çətinliklərin həll edilməsi kimi praktik məsələlər üzərində cəmləşir. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Naxçıvan istiqamətində nəqliyyat xəttinin gələcəyi də müzakirə predmeti ola bilər. Xüsusilə Ermənistan ərazisində infrastrukturun tamamlanması, kommunikasiya xətlərinin açılması kimi detallar tərəflərin yenidən bir araya gəlməsini zəruri edən mövzulardır. Ermənistanda Konstitusiyanın dəyişdirilməsi məsələsi də masanın kənarında qalmayacaq. Çünki İrəvanın öz rəsmi sənədlərindəki bəzi müddəalar sülh müqaviləsinin ruhu ilə ziddiyyət təşkil edir və bu, prosesin hərəkət məsafəsini birbaşa təsirləyən faktorlardandır. Doha görüşü bu məsələdə Bakı üçün aydın siqnal almaq baxımından əhəmiyyətli ola bilər".

T.Rzayevin fikrincə, ən kritik mövzu artıq paraflanmış sülh sazişinin harada, necə və hansı formatda imzalanmasıdır:

"Bu məsələ təkcə məkan seçimi deyil, həm də imzalanma anının siyasi çərçivəsi, beynəlxalq təminatların səviyyəsi, sənədə daxil ediləcək alt-mexanizmlərin son razılaşdırılması deməkdir. Bundan əlavə, sülh prosesinə mane olmaq potensialı olan qüvvələrə qarşı qarşılıqlı koordinasiya, eləcə də gələcək iqtisadi əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi kimi mövzular da qapalı formatda müzakirə oluna bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri