Icma.az
close
up
RU
Politoloq: İran vaxt qazanmaq üçün nüvə ilə bağlı ikibaşlı açıqlamalar verir

Politoloq: İran vaxt qazanmaq üçün nüvə ilə bağlı ikibaşlı açıqlamalar verir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İranın nüvə proqramı ilə bağlı ziddiyyətli açıqlamalar beynəlxalq arenada çaşqınlıq yaradıb. Tehran daxilində ali dini lider və Sepah sərt mövqe tutarkən, prezident Məsud Pezeşkiyan və komandası diplomatik yanaşmanı önə çıxarır.

Xarici işlər naziri Abbas Əraqçi isə ölkədə heç bir obyektin uran zənginləşdirməsi ilə məşğul olmadığını, bütün obyektlərin Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olduğunu bildirib. Eyni zamanda, İranın “uranı dinc məqsədlə zənginləşdirmək hüququ”ndan heç vaxt əl çəkməyəcəyini vurğulayıb.

Tehran həm gərginliyi azaltmağa çalışır, həm də diplomatik təzyiq alətini qoruyur. Məsələ əsasən rejimin beynəlxalq münasibətləri normallaşdırıb normallaşdırmayacağı və prezident Pezeşkiyanın diplomatik xəttinə real səlahiyyət verilib-verilməməsi ilə bağlıdır.

Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında İranın vaxt qazanmaq üçün nüvə proqramı ilə bağlı ikibaşlı açıqlamalar verdiyini söyləyib: 

"Demək olar ki, İranda hər bir qurum fərqli dövlət anlayışı sərgiləyir və bir- birinə zidd mövqe sərgiləyir. Bu da beynəlxalq aləmdə anlaşmazlıq yaradır. Ali dini liderin mövqeyi bir qədər sərt və mühafizəkardır, əsasən Sepah təşkilatının mövqeyi ilə üst-üstə düşür. Prezident və ətrafının mövqeyi isə daha yumşaq və islahata meyillidir. Digər dairələrin isə açıqlamaları bu iki mövqe arasındadır. Həm nüvə enerjisindən imtina edilməyəcəyi deyilir, həm də müharibədə obyektlərin sıradan çıxdığını qeyd edirlər. Buradan belə nəticə çıxır ki, İranın nüvə obyektlərinə zərbələr endirilməsi nəticəsində demək olar ki, tamamilə sıradan çıxarılıb. Lakin Qərbə təziq vasitəsi kimi yenidən nüvə ilə bağlı zənginləşməsi işlərinə davam ediləcək və bundan əl çəkmək fikirləri yoxdur. Hər halda beynəlxalq təsirlər və ölkə daxilindəki ağır vəziyyətlə əlaqədar olaraq İran rejimi vəziyyəti nisbətən də olsa sakitləşdirmək və İsrailin qəfil zərbə ehtimalından xilas olmaq üçün hələlik bu cür açıqlamalarla vaxtı uzadır. Bu da məlumdur ki, İsrail və ABŞ-nin əsas hədəfi İranın nüvə enerjisindən istifadəsini ləğv etmək deyil, əsas hədəf rejimin özüdür". 

Politoliq nüvə proqramı məsələsinin bəhanə olduğunu vurğulayıb: 

"Buradan çıxış yolu yalnız İran rejiminin beynəlxalq aləmlə münasibətlərini nizama salıb dünyaya inteqrasiya etməsidir. Əlavə edək ki, vaxtilə Səddam Hüseyn rejimi də nüvə silahının olmadığı halda o bəhanə ilə vuruldu. Yəni, ABŞ-nin özü də bilir ki, nüvə mənbələri vurulub və hazırda İranın onu yenidən qurması üçün illər lazımdır. Lakin rejimin siyasi, ideoloji mövqeyi ilə ABŞ-nin razılaşması mümkün deyil. Prezident Pezeşkiyanın bu reallığı dərk edərək normal istiqamət götürməsinə də görünür ki, ciddi maneələr var. O, vəziyyətdən müharibəsiz çıxış yollarını mümkün görür. Qərblə aparılan danışıqlarda İran rejimi prezidentin komandasına daha çox səlahiyyət verərsə, gərginlik aradan qalxa bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri