Icma.az
close
up
RU
Polkovnik Murovdağ əməliyyatı ilə bağlı şok faktları açıqladı: “Nəcməddin Sadıqov rəhbərlik edib, amma…” KONKRET

Polkovnik Murovdağ əməliyyatı ilə bağlı şok faktları açıqladı: “Nəcməddin Sadıqov rəhbərlik edib, amma…” KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1994-cü ildə həyata keçirilmiş Murovdağ əməliyyatı ətrafında polemika davam edir. Döyüşlər zamanı 1300-dən çox əsgərin donaraq şəhid olması ilə bağlı səsləndirilən iddialarla yanaşı, bu sayın daha az, təxminən, 200-400 arası olduğunu deyənlər də var. Diqqətçəkən məqam isə əməliyyata Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıqovun rəhbərlik etməsidir. Bildirilir ki, məhz onun hazırladığı uğursuz əməliyyat planına görə döyüşlər faciə ilə nəticələnib.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov həmin tarixdə başqa istiqamətdə döyüşlərdə iştirak etdiyini bildirib:

“1994-cü ildə Füzuli döyüş briqadasının komandir müavini idim. Amma o istiqamətlə bağlı da məlumatım olub. Bu gün də sağ olan, əməliyyatlarda iştirak edən komandirlər var. Onlar reallığı gözəl bilirlər. Deyirlər ki, əməliyyatlar Nəcməddin Sadıqov tərəfindən hazırlanıb. Bu barədə dəqiq nəsə demək mümkün deyil. Lakin Sadıqov o vaxt Baş Qərargah rəisi idi. Aydın məsələdir ki, planlardan da məlumatı olub”.

Ekspert qeyd edib ki, qaranlıq qalan məqamlar mütləq aydınlaşdırılmalıdır:

“Əlbəttə, böyük faciə idi, əsgərlərimiz donaraq şəhid oldular. Amma suallara Hərbi Prokurorluq, hüquq mühafizə orqanları cavab verməlidir. Üstündən illər keçsə də, müvafiq qurumlar sosial mediada yayılan müzakirələrə reaksiya verməli idilər. Təəssüf ki, bunu görmədik. Bu cür faciələrin tarixi olmur. Yəqin, müəyyən müddətdən sonra bu işlərə yenidən baxılacaq. Nə qədər ki döyüş komandirləri sağdır, bu barədə danışdırmaq lazımdır”.

Qeyd edək ki, Murovdağ əməliyyatı 9 dekabr 1993-cü ildə başlayıb, 1994-cü ilin 13 fevral tarixinə qədər davam edib. Əməliyyatlar dəniz səviyyəsindən 2500-3500 metr yüksəklikdə qeydə alınıb. Sərt iqlim, qalın qar örtüyü, güclü külək və uçqun təhlükəsi səbəbindən bir çox komandirlər bu əməliyyatı dəstəkləməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Fevral 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri