Icma.az
close
up
RU
Polkovnik Rüstəm Mürsəlov: Orduya həsr olunmuş ömür

Polkovnik Rüstəm Mürsəlov: Orduya həsr olunmuş ömür

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə sisteminin səmərəli təşkili yalnız silah və texnologiyanın inkişafı ilə deyil, həm də ixtisaslaşmış kadrların hazırlanması və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Xüsusilə, hərbi maliyyə idarəçiliyi və qanunvericilik bazasının formalaşdırılması bu prosesin mühüm tərkib hissəsidir.

BAKU.WS xəbər verir ki, bu sahədə peşəkar fəaliyyəti və strateji yanaşması ilə polkovnik Rüstəm Mürsəlov Azərbaycan Silahlı Qüvvələrinin maliyyə sisteminin formalaşdırılması və inkişafına xüsusi töhfələr verib.

Rüstəm Mürsəlov 1 iyul 1956-cı ildə Xaçmaz rayonunun Balaqusarqışlaq kəndində anadan olub. O, məktəb illərindən etibarən yüksək çalışqanlığı və intizamı ilə seçilib. 1973-cü ildə orta məktəbi bitirdikdən sonra Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi Universitetinin Maliyyə və İqtisadiyyat fakültəsində, ardınca 1976-1980-ci illərdə Yaroslavl Ali Hərbi Maliyyə Məktəbində təhsil alaraq maliyyə sahəsi üzrə hərbi kadr kimi formalaşıb.

Hərbi xidmətə 1976-cı ildən SSRİ Silahlı Qüvvələrində zabit kimi başlayıb, 1980-1983-cü illərdə tank alayının, 1983-1985-ci illərdə isə rabitə alayının maliyyə xidməti rəisi olub.

Xidməti müddətində Rüstəm Mürsəlova 1980-ci ildə leytenant, 1985-ci ildə kapitan, 1988-ci ildəmayor, 1992-ci ildə polkovnik-leytenant, 1994-cü ildə isəpolkovnik rütbəsi verilib. O, 1984-1989-cu illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində Əfqanıstan müharibəsində iştirak edib. Onun müharibədəki xidmətləri Əfqanıstan prezidenti Məhəmməd Nəcibulla tərəfindən yüksək qiymətləndirilib və 1988-ci ildə o, "Beynəlmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı ilə təltif olunub. Onun müharibədəki fədakarlığı SSRİ rəhbərliyinin də diqqətindən kənar qalmayıb və 1988-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyəti onu  "Beynəlmiləlçi döyüşçüyə" döş nişanı ilə təltif edib.

1991-ci ildə Birinci Qarabağ müharibəsi başladıqda Rüstəm Mürsəlov öz doğma torpağını müdafiə etmək üçün Vətənə qayıdaraq Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. Lakin onun Azərbaycan Silahlı Qüvvələrindəki xidməti sadəcə döyüş meydanında göstərdiyi şücayət ilə yekunlaşmır: o, həm də ordunun maliyyə sisteminin formalaşdırılması və təkmilləşdirilməsinə töhfələr verib.

Rüstəm Mürsəlov 1992-2005-ci illərdə Müdafiə Nazirliyinin maliyyə strukturlarında şöbə rəisi, baş mühasib, qarnizonun maliyyə xidmətinin rəisi, maliyyə xidmət rəisinin müavini, maliyyə xidmət rəisi, maliyyə kafedrasının rəisi və inspektor kimi vəzifələrdə çalışıb. Bu vəzifələri icra edərkən o, ordunun maliyyə təminatının və xidmətlərinin səmərəli şəkildə təşkili və idarəsi prosesində, o cümlədən ordumuzun maliyyə sisteminin qanunvericilik bazasının formalaşdırılmasında, hərbi qulluqçuların maddi məsuliyyəti haqqında qanunun hazırlanmasında iştirak edib.

Polkovnik Rüstəm Mürsəlovun həmçinin qoşunların maliyyə təminatı və maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət ixtisası üzrə tədris prosesinin təkmilləşdirilməsində xüsusi əməyi olmub. O, 1996-cı ildə 3-cü kurs, 1997-ci ildə isə 4-cü kurs kursantları üçün hərbi təcrübə proqramlarını hazırlayıb. Bununla yanaşı, 1997-ci ildə "Pul müavinətləri və əmək haqqı xərclərinin auditinin təşkili və aparılması" adlı tədris-metodiki vəsaitin müəllifi olub.

Hərbi biliyi, vətənə olan sadiqliyi və fədakarlığı ilə fərqlənən polkovnik Rüstəm Mürsəlovun xidmətləri diqqətdən kənarda qalmayıb. O, SSRİ Silahlı Qüvvələrindəki xidmətlərinə görə 1985-ci ildə 3-cü dərəcəli, 1990-cı ildə 2-ci dərəcəli və daha sonrasında 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı, 1988-ci ildə 2-ci dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, 1986-cı ildə "Döyüş xidmətlərinə görə" medalına layiq görülüb. 1988-ci ildə "Beynəlmiləlçi döyüşçüyə" döş nişanı, o cümlədən müxtəlif vaxtlarda "Cənub qüvvələri qrupu" döş nişanı və "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilib.

Polkovnik Mürsəlov Azərbaycan Silahlı Qüvvələrindəki xidmətlərinə görə isə 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" və "Azərbaycan Respublikasi Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalları ilə təltif olunub.

Rüstəm Mürsəlov 2005-ci ildə hərbi xidməti başa vurduqdan sonra "Azəroksigen" ASC-nin direktoru və daha sonra Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Mühafizənin Komanda Rəisi vəzifələrində çalışıb.

Həmin dövrdə elmi fəaliyyətinə davam edən Rüstəm Mürsəlov 50-yə yaxın elmi məqalənin müəllifi olmuş və ali məktəblər üçün 3 metodik vəsait hazırlayıb. Bu dövrdə Mürsəlov maliyyə savadlılığının təşviqinə və insan kapitalının gücləndirilməsinə dair bir sıra mühüm layihələr və tədqiqatlar həyata keçirib.

O, maliyyə sahəsindəki qabaqcıl praktikaları öyrənərək, yerli kadrların beynəlxalq standartlara uyğun yetişdirilməsi məqsədilə müvafiq strategiyalar hazırlayıb. Bu prosesdə beynəlxalq maliyyə idarəetmə modelləri, müasir büdcə planlaşdırma metodologiyaları və risklərin idarə olunması prinsipləri əsasında təhlillər aparmış, əldə etdiyi nəticələri yerli tədris sisteminə inteqrasiya edib.

2014-cü ildə o, maliyyə idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı tədqiqata rəhbərlik etmişdir. Bu tədqiqat çərçivəsində bir qrup alimlə birlikdə maliyyə idarəetməsindəki mövcud problemlər təhlil edilmiş, eyni zamanda müasir iqtisadi şəraitə uyğun strategiyalar və təkliflər hazırlanıb.

Bu istiqamətdə hazırladığı elmi iş və təlim materialları peşəkar maliyyə menecerlərinin yetişdirilməsinə töhfə vermiş, müxtəlif qurumlarda maliyyə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsində istifadə olunub.

Ömrünü vətənə, xalqa və ölkənin müdafiə sisteminin gücləndirilməsinə həsr etmiş Rüstəm Mürsəlov 11 iyun 2018-ci ildə Bakıda vəfat edib və doğulduğu Xaçmaz rayonunun Balaqusarqışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun fəaliyyəti yalnız bir hərbçinin xidməti ilə deyil, həm də Azərbaycan Ordusunun maliyyə idarəçiliyinin formalaşmasına və inkişafına verdiyi mühüm töhfələrlə qiymətləndirilir.

Rüstəm Mürsəlovun keçdiyi şərəfli yol onun ailəsi üçün də bir nümunə olub. Onun iki oğlu atasının peşəkar fəaliyyətini davam etdirərək hərbi xidmətdə yer almış və Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsi naminə xidmət göstərməkdədir. Beləliklə, onun peşəkar irsi yalnız xidmət etdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin vətənə sədaqətlə xidmət etməsi üçün bir örnək olaraq qalır.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Mart 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri