Rüstəm Həsənov ehtiyatda olan polkovnik imiş...
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Qara dənizin Rumıniya sahillərində gəminin dronla vurulması nəticəsində azərbaycanlı kapitan həlak olub, bir nəfər isə itkin düşüb.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hücum nəticəsində vəfat edən gəmi kapitanı Rüstəm Həsənov ehtiyatda olan hərbçi olub.
Bildirilir ki, o, uzun müddət Hərbi Dəniz Qüvvələrində xidmət edib və polkovnik rütbəsinədək yüksəlib. Bir müddət əvvəl ordudan təxris edilən R.Həsənov mülki sahəyə keçib və “Palmali”də gəmi kapitanı kimi işə düzəlib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, oktyabrın 5-də hücum nəticəsində gəminin kapitanı 52 yaşlı Rüstəm Həsənov həlak olub. 24 yaşlı Məhəmməd Süleymanzadə isə itkin düşüb. Hazırda onun axtarışları davam edir.
Nazirlik bildirib ki, gəmidə olan digər Azərbaycan vətəndaşları xilas edilib. Onlardan üçü xəstəxanada müalicə alır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, qarğıdalı daşıyan Türkiyə operatorlu mülki gəmi neytral sularda Rusiyanın dron hücumuna məruz qalıb.
Bu mövzuda digər xəbərlər:Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş Foto
07 Oktyabr 2026 09:31
Polkovnik Rüstəm Mürsəlov: Vətənin sədaqətli oğlu
01 Mart 2025 19:27
Polkovnik Rüstəm Mürsəlov: Orduya həsr olunmuş ömür
15 Mart 2025 12:21
Ehtiyatda olan polkovnik vəfat edib
01 Mart 2025 16:52
Süleyman Rüstəm kimdir?
12 Mart 2025 10:45
Baxış sayı:98
Bu xəbər 07 Oktyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















