Polşa 1000 km mənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Polşa ordusu yaxın günlərdə 1000 kilometr mənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik deyib. Onun sözlərinə görə, bu, artıq seriyalı istehsalına başlayan Polşanın Fly Focus Striker sistemi ola bilər. Sınaqlar zamanı dronların döyüş başlığı daşımayacağı vurğulanır.
Tomçik X sosial media hesabında bunları yazıb: "Yaxın günlərdə Polşa Silahlı Qüvvələri ucuz pilotsuz silah sistemlərindən istifadə edərək uzun məsafələrə dəqiq zərbələr endirmək qabiliyyəti olan Dərin Dəqiq Zərbə sahəsində Polşa hərbi inkişafını sınaqdan keçirməyə başlayacaq. Biz Polşanın sənaye inkişafını, o cümlədən təxminən 1000 kilometr məsafədə fəaliyyət göstərmək qabiliyyətini sınaqdan keçirəcəyik".
Anar
Bu mövzuda digər xəbərlər:Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqlayıb
31 İyul 2026 16:04
ABŞ pilotsuz sualtı qayığı sınaqdan keçirəcək
10 Dekabr 2024 17:49
Danimarkada özəl şirkətlərə pilotsuz uçuş aparatlarını vurmaq hüququ veriləcək
25 Sentyabr 2025 14:11
İran 1200 km lik mənzilli raketini sınaqdan keçirdi
05 May 2025 01:15
“Hörümçək toru” əməliyyatı: Ukrayna Rusiyaya pilotsuz uçuş aparatlarını necə göndərib?
02 İyun 2025 16:02
Baxış sayı:136
Bu xəbər 07 Sentyabr 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















