Polşa Banklar Assosiasiyası: Azərbaycanla strateji tərəfdaşlıq güclənəcək
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Polşa Banklar Assosiasiyası Azərbaycan bank sektorunu mühüm tərəfdaş kimi görür və iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsini prioritet hesab edir.
“APA-Economics” xəbər verir ki, bunu IX Bankçılıq Forumunda çıxışı zamanı Polşa Banklar Assosiasiyasının İcraçı vitse-prezidenti Vlodzimyej Kiçinski deyib.
O iki ölkə arasında dostluq münasibətlərinin və artan iqtisadi əməkdaşlığın bank sektorunda yeni tərəfdaşlıq imkanları yaratdığını bildirib. O qeyd edib ki, Polşa Banklar Assosiasiyası ölkədə fəaliyyət göstərən 550 bankı – kommersiya və kooperativ bankları – təmsil edir və sektor geopolitik çağırışlara, artan investisiya tələbinə və müştəri gözləntilərinə uyğun olaraq dəyişir.
Onun sözlərinə görə, Polşa bank sistemi rəqəmsallaşma səviyyəsinə görə dünya liderləri arasındadır və rəqəmsal bankçılığın 34 qlobal lideri arasında 4 Polşa bankı yer alır. Vlodzimyej Kiçinski əlavə edib ki, Polşada bank texnologiyaları ilə dövlət qurumları arasında sıx əməkdaşlıq var və süni intellekt maliyyə xidmətlərində geniş tətbiq olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 19 Noyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















