Icma.az
close
up
RU
“Bank BTB” yanlış məlumat yayır, Banklar Assosiasiyası isə həqiqəti gizlədir Faktlar

“Bank BTB” yanlış məlumat yayır, Banklar Assosiasiyası isə həqiqəti gizlədir Faktlar

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar arasında 2024-cü ili zərərlə başa vuran yeganə bank “Bank BTB” ASC olub.

Hurriyyet.az xəbər verir ki, açıqlanan maliyyə hesabatında “Bank BTB” ASC-nin xalis zərərinin 839 min manat olduğu qeyd olunub.

Qeyd edək ki, 4 ildir “Bank BTB” ASC zərərlə işləyir. Belə ki, 2023-cü ildə bankın xalis zərəri 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.

Lakin, maraqlıdır ki, “Bank BTB” ASC 15 yanvar 2025-ci il tarixində rəsmi veb-saytında yerləşdirdiyi xəbəri ““Bank BTB” 2024-cü ili 4,1 milyon manat xalis mənfəətlə yekunlaşdırdı” başlığı ilə yayımlayıb. Xəbərin içərisində isə bu barədə heç bir məlumat mövcud deyil. Xəbərin başlığında xalis mənfət olaraq qeyd olunan 4,1 milyon manat əslində bankın xalis mənfəəti deyil, vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mövcud olan mənfəətdir.

Məlum olduğu kimi, bankların xalis mənfəəti vergilər və digər xərclər çıxıldıqdan sonra qalan məbləğə şamil olunur. Bankın açıqladığı və aşağıda təqdim etdiyimiz maliyyə hesabatından da bunu açıq şəkildə görmək mümkündür.

Daha bir maraqlı məqam odur ki, mütəmadi olaraq banklar ilə bağlı göstəriciləri açıqlayan Azərbacan Banklar Assosiasiyası da öz hesabatında “Bank BTB” ASC-nin xalis zərərini “gizlədib”.

Banklar Assosiasiyası açıqladığı hesabatda ölkədə fəaiyyət göstərən bütün bankların xalis mənfəətini qeyd etsə də “Bank BTB”nin qarşısındakı xananı boş saxlayaraq, bankın 839 min manatlıq zərərini qeyd etməyib.

Məlumat üçün onu da bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Onu da qeyd edək ki, Mərkəzi Bank ötən ay Azərbaycanda barəsində ən çox şikayət edilən bankın “Bank BTB” ASC olduğunu açıqlayıb.

Yeniavaz.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Yanvar 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri