Icma.az
close
up
RU
POLŞA, ESTONİYA... NÖVBƏ KİMİNDİR? Kreml azğınlaşır, NATO çaş başdır...

POLŞA, ESTONİYA... NÖVBƏ KİMİNDİR? Kreml azğınlaşır, NATO çaş başdır...

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəmi bir neçə gün əvvəl Rusiya Polşaya 20-dən artıq PUA ilə təxribat xarakterli hücum edəndə, Ukrayna Prezidenti daxil olmaqla, bir çoxları bu təxribatların ardının gələcəyini, özü də daha geniş formada gələcəyini dedilər. Lakin xüsusilə də ABŞ administrasiyası özünü bir növ “görməzliyə” vurdu. Rusiyaya gəlincə, Kreml saymazyana reaksiya və dolaşıq izahatlar verməklə, bir növ PUA-ların ona aid olduğunu heç birmənalı inkar da etmədi...

İndi isə həmin təxribatı “malalamağa” çalışan ABŞ Prezidenti Donald Tramp başda olmaqla, Qərb liderləri yeni reallıqla üz-üzə qalıb. Belə ki, dünən Rusiyanın 3 MiQ-31 hərbi təyyarəsi Estoniyanın hava məkanını pozaraq, Kremlin NATO-ya qarşı növbəti təxribatını törədib. Ölkənin hava məkanında 9 kilometrdən çox dərinliyə daxil olan qırıcılar 12 dəqiqə ərzində Estoniya üzərində uçublar.

Uçuşun Baltik dənizindəki Polşanın Petrobaltik neft platforması üzərindən həyata keçirildiyi xəbər verilir. Daha sonra NATO qırıcılarının havaya qaldırıldığı və Rusiya təyyarələrinin ölkənin səmasını tərk etdiyi qeyd edilir.

Beləliklə, ən pessimist və həm də realist proqnozlar özünü doğruldur. Rusiya Avropaya və NATO-ya qarşı ard-arda, özü də getdikcə daha təhlükəli təxribatlar törədir. Onun birliyini və dayanıqlılığını yoxlayır. NATO və onun başında duran ABŞ isə hələ ki, başını kola soxmuş dəvəquşu təsiri bağışlayır.

Polşaya qarşı hücumun “səhv olduğunu” deyən Tramp Estoniyanın hava məkanına müdaxilə barədə də buna bənzər ilikn reaksiya verib: “Bunun baş verməsi xoşuma gəlmir. Bu böyük problem ola bilər. Təxminən bir saatdan sonra mənə məlumat verəcəklər".

Onun dediyi bir saatın üzərindən az qala bir sutka keçib. Ancaq heç bir ciddi reaksiya yoxdur. Rusiya isə Tramp başda olmaqla Qərbi ələ salaraq, hərbi təyyarələrin guya sadəcə, Kalininqrada uçduğunu və Estoniyanın hava məkanına girmədiyini bəyan edib.

Xatırladaq ki, Estoniyaya qarşı bu təcavüz aktının ərəfəsində Vladimir Putin ona “çox yaraşan” hərbi geyimdə Belarusa gələrək, şəxsən Rusiya-Belarus birgə hərbi təlimlərinə baş çəkib və bununla bir daha NATO-ya meydan oxuyub.

Bütün bunlar yenə 2014-cü ildə Krımın ilhaqı və Donbasa soxulmazdan öncə Rusiyanın Ukraynaya qarşı təxribatlarını xatırladır. O vaxt da Rusiya hər şeyi üzərindən atırdı. Eyni ssenari təkrarlanır. Həmin vaxt da bu təxribatlar Qərb tərəfindən “malalanırdı”. Ardınca Krım ilhaq olundu, sonra Donbasın böyük ərazisi işğal edildi, daha sonra da Ukraynaya qarşı genişmiqyaslı işğal başladı...

Məntiq və NATO konsepsiyası deyir ki, alyansın tamhüquqlu üzvü olan Estoniya hava məkanına təcavüz edən Rusiya təyyarələri dərhal vurulmalı idi. Necə ki, zamanında Türkiyə bunu etmişdi. Lakin bir daha göründüyü kimi, Qərb liderlərində Türkiyədəki cəsarət və istək yoxdur, heç yaxın zamanda olacağı da gözlənilmir...

Əlbəttə, Kremlin növbəti həyasızcasına gerçəkləşdirilən bu təxribatını cəbhədə heç bir ciddi dönüş və uğur qazana bilməyən Putinin “blefi” və NATO-nu parçalamağa, tərəddüd içərisində buraxmağa, Qərb liderlərini Ukarynaya Rusiyanın kapitulyasiya şərtlərilə barışması üçün təzyiq etməsinə hesablanan addım kimi görünə bilər. Lakin Putinin məqsədinin nə olmasından asılı olmayaraq, NATO “4-cü maddəni işə salmaq”-dan yəni, məsləhətməşələr aparmaqdan o yana keçmədikcə, Kremlin azğınlığı daha da artacaq. Qərb isə 3-cü Dünya Müharibəsi təhlükəsini bəhanə edərək, Kremlə tutarlı cavab vermədikcə, bu müharibəni daha da yaxınlaşdırmış olacaq...

C.Məmmədli

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Sentyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri