Icma.az
close
up
RU
Polşa kritik infrastrukturu qorumaq üçün 10 min hərbçi yerləşdirdi Diversiya təhlükəsi artıb

Polşa kritik infrastrukturu qorumaq üçün 10 min hərbçi yerləşdirdi Diversiya təhlükəsi artıb

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Polşa son illərin ən böyük daxili hərbi səfərbərliyinə start verib. Ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamyşin sözlərinə görə, “Horizon” (“Gorizont”) adlı yeni əməliyyat çərçivəsində ölkə ərazisində 10 min hərbçi yerləşdirilib. Əməliyyatın məqsədi kritik infrastrukturun mühafizəsini gücləndirmək və mümkün diversiyaların qarşısını almaqdır.

“Militarnıy” nəşri yazır ki, əməliyyata cəlb olunan qüvvələr Daxili İşlər Nazirliyinin bölmələri ilə sıx əməkdaşlıq edəcək. Kontingent həm operativ qoşunları, həm də ərazi müdafiə qüvvələri – Terytorialsi (WOT) birləşmələrini əhatə edir.

Polşa yalnız canlı qüvvədən deyil, həm də müxtəlif hərbi texnika, mobil mühafizə sistemləri və kəşfiyyat vasitələrindən istifadə etməyi planlaşdırır. Əməliyyat çərçivəsində süni intellekt əsaslı monitorinq sistemləri də tətbiq ediləcək. Hərbçilər enerji, nəqliyyat və müdafiə obyektləri də daxil olmaqla bütün ölkə üzrə dislokasiya olunub.

Rəsmi Varşava bildirib ki, bu qərar Avropada xarici xüsusi xidmətlərin diversiya fəaliyyətlərinin kəskin artması ilə bağlıdır. “Horizon” əməliyyatı dövlətin dayanıqlığını artırmaq və hibrid təhdidlər zamanı əhalinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Polşa son günlər Rusiyanın ölkədəki sonuncu konsulluğunu da bağlamağa qərar verib. Gdansk konsulluğunun bağlanmasından sonra Polşada yalnız Rusiya səfirliyi qalacaq. Kreml bu addımı “ağlasığmaz” adlandırıb və Varşava ilə münasibətlərin “tamamilə korlandığını” bəyan edib.

Bundan əlavə, Polşa dəmir yolunda baş verən diversiya aktına görə iki Ukrayna vətəndaşını həbs edib. Onların Belarusdan Polşaya keçdiyi və Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunur. Şübhəlilərdən birinin əvvəllər də Lvov məhkəməsi tərəfindən diversiyaya görə mühakimə olunduğu bildirilir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri