Polşa millisinin qolkiperi: “Qarabağ”ın Çempionlar Liqasında iştirakı Azərbaycana çoxlu turist cəlb edə bilər
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 sentyabr, AZƏRTAC
Mən əvvəllər Bakının mərkəzində yaşayırdım, lakin daha geniş mənzil üçün şəhər kənarına köçdüm və etiraf etməliyəm ki, bura daha sakitdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına müsahibəsində deyib.
25 yaşlı qolkiper klub tərəfindən ona hər cür şəraitin yaradıldığını bildirib: “Bütün diqqətimi futbola yönəldə bilirəm. Azərbaycan mətbəxi də xoşuma gəlir. Burada Türkiyə mətbəxinə xas çoxlu elementlər var, həmçinin Polşa yeməklərinə bənzər dadlar da tapmaq mümkündür. Bakı olduqca gözəl şəhərdir. Burada görməli yerlər çoxdur, sadəcə elə vaxt seçmək lazımdır ki, hava çox isti olmasın. Yerli sakinlər təmizliyə xüsusi diqqət yetirirlər, çünki paytaxt Bakı Azərbaycanın vizit kartıdır. Onlar üçün turistlər önəmlidir. “Qarabağ”ın Çempionlar Liqasında iştirakı da ölkəyə çoxlu turist cəlb edə bilər, xüsusən də ev oyunlarımızda maraqlı rəqiblərlə qarşılaşacağımız üçün”.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu sentyabrın 16-da Portuqaliyada “Benfika”ya qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 10 Sentyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















