Icma.az
close
up
RU
Polşa Pezidentinin Ermənistanda şübhəli missiyası

Polşa Pezidentinin Ermənistanda şübhəli missiyası

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Anjey Dudanın rəsmi səfərində Azərbaycana qarşı qeyri-dost davranışPolşa prezidenti Anjey Duda Ermınistana gəlib. Burada sanki qeyri-adi bir şey yoxdur. İki həftə öncə prezident Duda Bakıdaydı; COP29-un liderlər sammitində iştirak etdi. Doğrudur, sammitdən sonra liderlərin kollektiv fotosunda Duda yoxdur, çünki Belarus prezidenti ilə bir fotoşəkildə yer almaq istəməyib.

Əsas mətləb bu deyil; Lukaşenkonun sözləri ilə desək, foto çəkilərkən Dudanın orda olub-olmadığını "heç kim hiss eləmədi".

Ümumən, bu, iki slavyan xalqın iki həmsərhəd ölkəsinin başçıları arasındakı bu insident bir o qədər də maraqlı deyil. Sadəcə, dövlət nəzakəti deyilən bir şey var. Dudanın Ermənistana səfəri çərçivəsində noyabrın 27-də Avropa İttifaqının Müşahidə Missiyasə ilə birgə patrula çıxması bu dəfə Azərbaycana qarşı dövlət nəzakətini pozmaq deməkdir. Polşa prezidentinin proqramında belə nəzərdə tutulub.

Polşa Avropa İttifaqının üzvüdür və prezident Dudanın Ermənistana səfəri çərçivəsində Aİ-nin Ermənistandakı Müşahidə Missiyası ilə görüşü normaldır. Ancaq anormal olan odur ki, Polşa prezidenti Ermənistanın Yerasx adlandırdığı Arazdəyən kəndinə gedib, AİMM-in "binokl diplomatiyası"nda iştiraka razılıq verib. Ermənistanın Arazdəyən kəndindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Heydərabad şəhərinə, obrazlı desək, bir addımlıq məsafə var. Polşa kimi bir ölkənin prezidenti gəlib, sərhəddən Azərbaycan tərəfə baxmaq istəyib. Nə məqsədlə? Bu, nəyi həll edir?

Dediyimiz kimi, noyabrın 12-də Duda Bakıda idi. Əgər Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna, Heydərabad şəhərinə getmək, o yerləri görmək istəsəydi, heç şübhəsiz, Azərbaycan tərəfi bundan imtina etməz, Azərbaycan rəsmiləri Polşa prezidentini oraya müşaiyət edərdi. Belə olduğu halda Ermənistana gedib, Arazdəyən kəndindən Azərbaycana binokl ilə baxmağa nə ehtiyac vardı?!

Bu hərəkət, əlbəttə, heç bir dövlət etikasına sığmır. Polşa ilə Azərbaycan arasında ənənəvi olaraq tarixən dostluq münasibətləri olub. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixi də bunu sübut edir, indiki münasibətlər də. Bakıda olarkən prezident Duda Polşa-Azərbaycan dostluğu haqqında fikir və duyğularını prezident İlham Əliyevə də izhar etmişdi. Bu, diplomatiyanın yüksək pilotajı idi; Polşa COP29 çərçivəsində qlobal iqlim gündəliyinə ən yüksək səviyyədə qatılmışdı. Ancaq ardınca Ermənistan tərəfdən Avropa İttifaqının Müşahidə Missiyası ilə Azərbaycana qarşı "binokl diplomatiyası" səviyyəsinə enmək nə Polşa kimi bir ölkəyə, nə də onun prezidentinə yaraşmır.

Prezident Dudanln Azərbaycan dövlətinin və xalqının bu məsələdəki həssaslığını nəzərə alması lazımdır. Avropa İttifaqının Mülki Müşahidə Missiyası əslində hərbiləşdirilmiş bir təşkilatdır. Daha doğrusu, faktik olaraq, kəşfiyyat xidmətidir. Bu missiya artıq, sadəcə, Avropa İttifaqına da məxsus deyil. Burda Kanadalı mütəxəssis də var. Eləcə də, missiya Ermənustanda ABŞ Dövlət Departamentinin və ABŞ-ın Ermənistandakı səfirliyinin nümayəndələri ilə də görüşlər keçirib. Bu qurum artıq NATO-nun hələlik məhdud olan hərbi kontingentinə çevrilib. Azərbaycan sərhədləri boyu təxribatçı hərəkətlər törədən bu mussiya, rəsmi Bakının fikrincə, kəşfiyyat məlumatları toplayaraq onu NATO müttəfiqləri ilə, həmçinin Ermınistanın özü ilə bölüşür. Rusiya rəsmiləri də dəfələrlə deyib ki, bu missiya Rusiyanın Ermənistandakı hərbi bazası, sərhəd qoşunları, ümumiyyətlə, Rusiya haqqında kəşfiyyat aparmaqla məşğuldur. Bu, təkcə hərbi komponentə aid deyil, başqa məsələlərə də aiddir.

Əlbəttə, prezident Dudanın Ermənistana bu səfəri və Avropa İttifaqının Müşahidə Missiyası ilə birlikdə patrul "gəzintisi" Rusiyaya qarşı bir demarşdır, göz dağı vermək cəhdidir. Rusiya-Ukrayna müharibəsindəki indiki görünməmiş eskalasiya hərbi qarşıdurmanı Avropa İttifaqı ərasisinə sıçraması riskini artırıb. Polşa isə İttifaqın Avrasiyaya "giriş qapısı" və Ukraynanı Rusiyaya qarşı ən çox dəstəkləmiş ölkələrdən biri olaraq əsas zərbə hədəfi olacağını bilir. Rusiyaya qarşı ən müxtəlif formalarda "diş göstərmək" istəyir, buna çalışır. Ancaq bura Azərbaycanı da qatması, bunu ölkəsinin Azərbaycanla dostluq münasibətlərini zədələmək hesabına etməsi heç də doğru deyil.

O da faktdır ki, həmin Müşahidə Missiyasının mandatı 2025-ci ilin fevralında bitir. Ancaq bu missiyanın Ermənistanda qalma müddətinin uzadılması barədə müzakirələr var. Avropa İttifaqı üzvü olan dövlətlər buna razılıq verməlidir. Oktyabr ayının əvvəlində Ermənistanın parlamentinin sədri Alen Simonyan demişdi ki, Müşahidə Missiyasının "Azərbaycanla sülh müqaviləsi imzalanana qədər Ermənistanda qalacağına" ümid edir. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bildirmişdi ki, Missiya "bölgədəki proseslərə şəffaflıq gətirib" və mandatı uzatmağa çağırmışdı. Ermınistan Xarici İşlər Nazirliyi də yazılı açıqlamasında Missiyanın işini yüksək qiymətləndirmiş və bildirmişdi ki, Ermınistan "mandatın uzadılmasına xüsusi önəm verir".

Bir neçə gün öncə isə baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində təklif etdi ki, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası başa çatana qədər Ermənistanda qalsın. Müşahidə Missiyasının özündən Ermənistan mediasına verilən açıqlamaya görə, "mandatın uzadılması barədə hələlik heç bir qərar qəbul edilməyib".

Polşa prezidentinin Müşahidə Missiyası ilə bağlı addımı da buna yönəlib; rəsmi Varşava Avropa İttifaqı üzvü olan dövlətlərinə mesaj verir. Duda bu missiyanın müddətinin uzadılmasını xüsusi dəstəklədiyini göstərir. Bu addım isə Ermənistanla Azərbaycan arasındakı sülh gündəliyinə müsbət deyil, mənfi təsir göstərir. Bu Missiyanın Ermənistanda yerləşdirilməsi, onun sayının və müddətinin artırılması, sərhəddə zaman-zaman aparılan təxribatçı "binokl diplomatiyası" onsuz da Azərbaycanın haqlı narazılığına səbəb olur, Bakı ilə İrəvan arasında əlavə gərginlik yaradır. Alen Simonyan demişdi ki, bu Missiya sülh danışıqları bitənə qədər Ermənistanda qalsın. Amma bu, əslində danışıqlara kömək etmir, üstəlik mane olur. Eləcə də, delimitasiya və demarkasiya məsələlərində də Missiya nəinki yardımçı, əslində pozucu təsir göstərir. Ona görə də Polşa prezidentinin məlum addımı Azərbaycana qarşı qeyri-dost münasibətdir. Dudanın Bakıda dedikləri ilə Ermınistanda etdiyi hərəkət bir-birinə daban-dabana ziddir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri