Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Polşa prezidenti Naxçıvanla sərhəddə nə axtarırdı? FOTO

Polşa prezidenti Naxçıvanla sərhəddə nə axtarırdı? FOTO

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri Azərbaycan tərəfindən həm diplomatik, həm də ictimai-siyasi mühitdə etirazlarla qarşılanıb. Çünki Polşa prezidentinin İrəvanda həyata keçirdiyi proqram Azərbaycanın dövlət və legitim təhlükəsizlik maraqlarına zərbə kimi qiymətləndirilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatı, Polşanın ölkəmizdəki müvəqqəti işlər vəkili Mixal Qreçilonun XİN-ə çağırılması bu fikri təsdiqləyir ki, Varşavanın Bakı ilə münasibətləri İrəvanın regional qızışdırıcılıq hərəkətlərinə qurban verən vektora doğru gedir.
Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda noyabrın 26-da İrəvanda erməni həmkarı Vaahn Xaçaturyanla birgə mətbuat konfransında Polşanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazır olduğunu bildirib. O, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və spiker Alen Simonyanla görüşlər keçirib.
Demokrat.az  xəbər verir ki, bu barədə "Kaspi" qəzetinin Polşa dövlət başçısının məlum səfəri barədə məqaləsində deyilir:
“Texniki yöndən yanaşılsa, Polşa dövlət başçısının Ermənistan üzrə qrafikini ikitərəfli əlaqələrə xüsusi diqqət yetirmək və xarici siyasət münasibətlərini əks etdirən qarşılıqlı münasibətlər kimi başa düşmək olardı.
İkinci texniki bir detal bundan ibarətdir ki, 2025-ci ilin birinci yarısında Avropa İttifaqına prezidentlik edəcək Polşa Azərbaycan-Ermənistan münasibətlərinin perspektiv strukturlaşdırılmasına cavabdehlik daşıyan tərəf kimi özünü göstərməyə çalışır.
Lakin Dudanın İrəvandan sonra Naxçıvanla sərhədə - Arazdəyənə gedərək Aİ missiyasının "binokl tamaşası"nda iştirak etməsi həmin texniki məqamların yalnız görüntü olaraq prioritetləşdirilməsini göstərdi.
Daha alt qata endikcə isə Polşanın əslində Aİ-yə sədrliyi dövründə Ermənistanın regional maraqlarının şişməsi üçün koordinasiya həyata keçirəcəyi şübhələri ilə üzləşmək mümkündür.
Belə olmasa idi, rəsmi Bakının bəyanatları daha yumşaq mətnlə hazırlanar və ya ümumiyyətlə, Dudanın İrəvan proqramına reaksiya verilməzdi. Amma rəsmi Bakı bəyanat verirsə və müvəqqəti işlər vəkili XİN-ə çağırılırsa, bu, artıq ciddi məsələdir.
Polşa başqa nə istəyir?
Polşa Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesinə səhv yoldan daxil oldu. Hiss etdirmək istədi ki, o, Bakı-İrəvan sülh gündəliyindəki danışıqlarda Aİ-nin sədri kimi vasitəçilik missiyası ilə çıxış edə bilər. Amma elə ilk andan etibarən özünün qərəzli gələcək moderator kimi təqdimatını verdi və Azərbaycanın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı cəbhədə ola biləcəyini göstərdi.
COP29 çərçivəsində Azərbaycana səfər edən Dudanın Ermənistana ayrıca proqramla getməsi də bu fikrin diplomatik-siyasi şəkildə təsdiqi kimi başa düşülməsini asanlaşdırır. Bundan sonra Polşa ən azından diplomatik-siyasi tarazlığı saxlamaqdan ötrü Azərbaycana da səfər epizodu hazırlamalıdır.
Üstəlik, bu qədər səmimidirsə, Polşa prezidenti hətta Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etməli və bu torpaqların Ermənistanın işğalı nəticəsində hansı əziyyətlər çəkdiyini görüb bunu bəyan etməlidir.
Əks təqdirdə, Polşa Azərbaycan əleyhinə hərəkət üçün imtiyaz qazanmaq istədiyini və Bakı-İrəvan sülh gündəliyini pozmaq istiqamətində addımlar atacağını təsdiqləmiş olacaq.
Azərbaycan isə Ermənistanın Aİ-yə üzv bəzi dövlətlərin, o cümlədən Polşanın hərəkətlərindən vəcdə gəlib təxribat ssenarilərinə getməsinə cavablar hazırlamaq hüququnu özündə saxlayır.
Azərbaycanın mövqelərinə yönələn cəhdlər fiaskoya uğrayacaqAİ-nin Ermənistandakı missiyasının fəaliyyətini də buraya əlavə etsək, Azərbaycanın Polşanın davranışları fonunda missiyaya qarşı əks-həmlə prosedurlarını müəyyən etməsi daha qaçılmaz hal alacaq. Birincisi ona görə ki, missiya sərhəd təhlükəsizliyinin təmininə deyil, Ermənistanı Azərbaycana qarşı təkrar qarşıdurma xətlərinə doğru salmaqda maraqlı tərəf kimi görünür. İkincisi, missiya hərbi kəşfiyyat kimi fəaliyyət göstərir.
Çünki binoklla tez-tez Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin mövqelərini müşahidə etmək məlumat toplayıb onu İrəvanla bölüşməyin göstəricisidir. Əlavə olaraq, Ermənistan bunları Qərblə artan əlaqələri sayəsində hərbi faydaya çevirmək gündəliyinin davamı kimi nəzərdən keçirir.
Bu amil ümumilikdə regionda Azərbaycanı ağır itkilərlə üzləşdirmək üçün istifadə edilən metodların bir hissəsidir. Ancaq bütün hallarda Azərbaycanın geosiyasi mövqelərinə və qüvvələr müstəvisindəki liderliyinə xələl gətirmək cəhdləri fiasko ilə nəticələnəcək. Çünki Ermənistanın strateji itkilərini kompensasiya etmək üçün girdiyi atmosfer yanlışdır və o, ən təhlükəli anlarda tək buraxıla bilər.
Başqa tərəfdən, Azərbaycan həm strateji müttəfiqi Türkiyə, həm Qərb, həm Rusiya, həm də Çinlə strateji tərəfdaşlıq əlaqələri ilə İrəvanın əlində olan-qalanları almaq qabiliyyətini inkişaf etdirir. Üçüncüsü, Azərbaycanın hərbi qüdrəti son sözü deyən aktdır”, deyə qəzet yazıb.

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Dekabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri