Icma.az
close
up
RU
Polşa rəhbərliyi mövqeyini korrektə etməlidir

Polşa rəhbərliyi mövqeyini korrektə etməlidir

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Rəsmi Bakının öncədən xəbərdarlıqlarına baxmayaraq, Polşa prezidenti Anjey Dudanın İrəvana səfəri çərçivəsində Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, o cümlədən hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyası ilə birlikdə Azərbaycan əleyhinə təbliğatda iştirak etməsi sözsüz ki, hər birimizdə dərin təəssüf hissi doğurur. Çünki Polşa ilə, polyak xalqı ilə münasibətlərimiz tarixən həmişə yaxşı olub. Bu kontekstdə, Anjey Dudanın Aİ-nin və Ermənistanın avantürasına qoşulması olduqca xoşagəlməz haldır.
Bu, Azərbaycana münasibətdə açıq-aşkar təxribatdır. Polşa prezidenti də bunun təxribat olduğunu bilməliydi. Çünki o, dövlət başçısıdır, sıradan bir səyyah və ya bloger deyil. Anjey Duda onu da bilməliydi ki, Aİ-nin Ermənistandakı dırnaqarası "mülki" missiyası regional sabitliyə və Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək əvəzinə, mütəmadi təxribatlarla məşğul olur və Azərbaycan əleyhinə "dəyənək" kimi, təzyiq vasitəsi kimi istifadə edilir. Bir sözlə, keçmiş hərbçilərdən, polislərdən və kəşfiyyatçılardan formalaşdırılmış bu saxta "mülki" müşahidə missiyası bəyan edilmiş məqsədlərinə zidd istiqamətdə fəaliyyət göstərir. Ona görə də, Polşa lideri Aİ müşahidəçilərinin sözügedən “binokl şousu"na qoşulmamalıydı.
A.Dudanın təxribatçı hərəkəti şübhəsiz ki, Azərbaycan-Polşa münasibətlərinə ziyan vuracaq bir addımdır. Bu baxımdan, Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilonun Xarici İşlər Nazirliyinə (XİN) çağırılması və Anjey Dudanın Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilməsi düzgün addımdır. Polşa tərəfinə xəbərdarlıq edilməsi rəsmi Varşavanı gələcəkdə Azərbaycanın legitim təhlükəsizlik maraqlarına mənfi təsir edəcək bu kimi addımlardan çəkinməyin zəruri olduğunun diqqətə çatdırılmasına hesablanıb.
Bu o deməkdir ki, Polşa lideri ehtiyatsız adımlardan çəkinməli, öz hərəkətlərinə çəki-düzən verməlidir. Erməni "xor"una qoşulmaq Polşanın özü üçün zərərlidir. Aydındır ki, Polşa ilə Azərbaycan arasında münasibətlərin korlanması üçüncü qüvvələrin maraqlarına xidmət edir. Polşa rəhbərliyi bu amili nəzərə almalı və mövqeyini korrektə etməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Noyabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri