Polşa Ukraynanın Aİ yə üzvlüyünü əngəlləməklə hədələdi
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşanın Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib ki, əgər Kiyev OUN (Ukrayna Millətçiləri Təşkilatı) və UPA (Ukrayna Üsyançı Ordusu) xadimlərini, xüsusilə də Stepan Banderanın xatirəsini rəsmi səviyyədə ucaltmağa davam edərsə, Varşava Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasına razılıq verməyəcək.
Bizim.Media xəbər verir ki, polşalı nazir bu barədə danışarkən qəti mövqe ortaya qoyub:
"Ukrayna Bandera ideologiyası ilə Avropa İttifaqına daxil ola bilməyəcək".
Onun sözlərinə görə, hər bir namizəd ölkə Avropa İttifaqının tələblərinə, o cümlədən tarixi yaddaş və keçmişlə bağlı həssas məsələlərə hörmətlə yanaşmalıdır.
Kosinyak-Kamış həmçinin vurğulayıb ki, Polşa Aİ-nin genişlənməsi ilə bağlı qərarları tamamilə müstəqil şəkildə qəbul edəcək və bu məsələdə səsvermə zamanı heç kim Varşavaya öz iradəsini diqtə edə bilməz.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 30 İyun 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















