Polşada 30 milyard dollarlıq mega aeroport tikilir: İstanbul hava limanına rəqib gəlir (FOTO)
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Polşada 2026-cı ildə uzun illərdir planlaşdırılan Port Polska adlı mega-aeroportun tikintisinə nəhayət start veriləcək. Ölkə hakimiyyəti bu layihəni Avropaya açılan qapı və regionun ən iri nəqliyyat mərkəzlərindən biri kimi təqdim edir.
Qaynarinfo "Euronews Travel”ə istinadla yazır ki, Varşava ilə daha kiçik Lodz şəhəri arasında yerləşəcək yeni nəqliyyat qovşağının 2032-ci ildə açılması nəzərdə tutulur. Onun inşası üçün artıq 131 milyard Polşa zlotısı (təxminən 30 milyard avro) vəsait ayrılıb.
Aeroportun illik təxminən 40 milyon sərnişinə xidmət göstərəcəyi planlaşdırılır ki, bu da onu Londonun Hitrou və İstanbul hava limanı ilə eyni səviyyəyə çıxarır.
Layihə hələ 2017-ci ildə təsdiqlənsə də, əvvəlki hökumətlə bağlı korrupsiya qalmaqalı səbəbindən icrası dayandırılmışdı.
2023-cü ildə seçilən Polşanın hazırkı baş naziri Donald Tusk layihəyə "təmiz start” verəcəyini və onun ölkə daxilində və xaricində səyahətləri tamamilə inqilabi şəkildə dəyişəcəyini bəyan edib.
Gözlənilir ki, Port Polska üzərindən həyata keçirilən uçuşlar Polşanı əsas beynəlxalq istiqamətlərlə birləşdirəcək.
Eyni zamanda aeroportun Krakov, Qdansk və Vrotslav kimi əsas şəhərlərlə yüksəksürətli dəmir yolu əlaqəsi olacaq. Hakimiyyət hesab edir ki, sərnişinlərin təxminən 40%-i Varşavadan qatarla, cəmi 20 dəqiqəyə aeroporta çatacaq.
Bundan əlavə, aeroportun ölkənin digər bölgələri ilə əlaqəsini təmin edən magistral avtomobil yolları sistemi də qurulacaq.
"Dünyanın hər yerindən uçuşlar – sutkada 24 saat; regionun ən böyük nəqliyyat qovşağı; Avropanın ən sürətli dəmir yolu şəbəkəsi – biz məhz bunu qururuq”, – deyə Tusk ötən həftə bildirib.
Aeroportun tikintisi üçün 2585 hektar ərazini əhatə edən geniş torpaq sahəsi ayrılıb. İlkin mərhələdə hava limanı təxminən 4000 metr uzunluğunda iki paralel uçuş-enmə zolağı ilə fəaliyyətə başlayacaq. Sonradan üçüncü, hətta dördüncü zolağın əlavə edilməsi planlaşdırılır.
Uçuş zolaqlarının yaxınlığında sərnişin terminalı və dəmir yolu stansiyası yerləşəcək.
Nəqliyyat qovşağının layihələndirilməsini Britaniyanın Foster + Partners memarlıq studiyası həyata keçirir. Şirkət burada "yaşıllıqla zəngin, təbii işıqla dolu canlı yerüstü transfer meydanı” yaradacağını vəd edir.
Son illərdə Polşanın hava limanları sürətlə inkişaf edir: yeni marşrutlar açılır, şəhərlərdən aeroportlara nəqliyyat əlaqələri genişlənir, müasir təhlükəsizlik nəzarət sistemləri qurulur.
Bu artıma Ukraynadan gələn sərnişinlər də ciddi təkan verib. Rusiyanın genişmiqyaslı işğalından sonra ukraynalılar Polşanın hava limanlarından dünya üzrə səyahətlər üçün əsas tranzit hablar kimi fəal istifadə edirlər.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















