Polşada deportasiya proseduru sadələşdirilir
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Polşa hökuməti ölkənin mövcud miqrasiya qanunvericiliyinə bir sıra düzəlişləri nəzərdə tutan qanun layihəsini təsdiq edib. Sənəd bəzi prosedurları, o cümlədən deportasiyanı sadələşdirir.
525.az xəbər verir ki, bu barədə “InPoland” nəşri yazıb.
Eyni zamanda, əcnəbilərin müvəqqəti və daimi yaşamaq icazəsi almaq üçün müraciətləri zamanı təqdim etdikləri sənədlərin yoxlanılması prosedurlarının optimallaşdırılması təklif edilir. Dəyişikliklərin səbəblərindən biri də bəzi vasitəçilərin sui-istifadəsini məhdudlaşdırmaqla bağlıdır. Beləliklə, Moduł Obsługi Spraw - MOS II elektron sistemi vasitəsilə ərizələri elektron şəkildə təqdim etmək mümkün olacaq.
Bu, nəinki vasitəçilərin sui-istifadəsini aradan qaldıracaq, həm də saxta müraciətlərin müəyyən edilməsi qaydasını sadələşdirəcək və cəlb edilmiş Polşa dövlət orqanları arasında məlumat mübadiləsini təkmilləşdirməklə bütün prosedurun müddətini azaldacaq.
Pərvanə Sultanova
Baxış sayı:53
Bu xəbər 07 Avqust 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















