Icma.az
close
up
RU
Polşaya yönəlmiş kiberhücumlar: Moskva yeni mərhələyə keçir?

Polşaya yönəlmiş kiberhücumlar: Moskva yeni mərhələyə keçir?

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Polşa Baş Qərargah rəisi, general Vislav Kukula Rusiyanın son aylarda Polşa ərazisinə yönəlmiş kiberhücumları və təxribat aktlarını şərh edərək Avropanın təhlükəsizlik arxitekturasını silkələyən açıqlama verib.

O bildirib ki, Moskva qitədə müharibəyə hazırlıq prosesinə başlayıb və bunun əsas məqsədi Polşa ərazisində mümkün təcavüz üçün əlverişli zəmin yaratmaqdır.

Generalın sözlərinə görə, qarşıdakı mərhələdə hadisələrin inkişaf trayektoriyası birbaşa NATO-nun sərgiləyəcəyi qəti mövqedən asılı olacaq:

“Suala cavab verməliyik: düşməni çəkindirə biləcəyikmi, yoxsa yanlış siqnallar onu təcavüzə həvəsləndirəcək?”

Maraqlıdır, Rusiyanın Polşaya qarşı kiberhücumları klassik müharibə öncəsi hazırlıq mərhələsi kimi dəyərləndirilə bilərmi?

Rusiyanın Polşaya yönəlmiş kiberhücumlarını “klassik müharibə öncəsi hazırlıq mərhələsi” kimi qiymətləndirmək tamamilə əsassız deyil, amma bunu birbaşa hərbi hücuma aparan xəttin başlanğıcı kimi qəti şəkildə təsdiqləmək də düzgün olmaz. Məsələ daha çox hibrid doktrina çərçivəsində izah olunur.

Ümumiyyətlə, Rusiya uzun illərdir ki, hərbi əməliyyatlardan əvvəl hibrid metodlardan istifadə edir.

Bu cü mənzərə onu göstərir ki, Moskva müharibədən öncə rəqibin infrastrukturunu test etməyi, zəif nöqtələri müəyyənləşdirməyi və informasiya xaosu yaratmağı strategiyanın təbii hissəsi kimi görür.

Polşa NATO-nun ön xəttində olduğuna görə, hazırda olan hücumlar da kritik infrastrukturu və müdafiə sistemlərini test etmə xarakteri daşıya bilər.

Üstəlik, Rusiyanın Polşaya qarşı kiberaktları həm də Qərbə psixoloji mesaj, Polşa siyasi sistemində çaşqınlıq və daxili təxribat yaratmaq kimi məqsədlərə xidmət edir.

Bir sözlə, Rusiyanın Polşaya qarşı kiberhücumları müharibə öncəsi hazırlıq elementlərinə bənzəyir, çünki Moskva belə metodlardan tarixən istifadə edib.

Amma yox, bu hücumların özü birbaşa “əməliyyat başlayır” demək deyil. Daha çox təzyiq, test, psixoloji basqı, hibrid müharibə aləti kimi dəyərləndirilir.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri