Icma.az
close
up
RU
“POMİDOR SATANA NİYƏ DEYİRLƏR Kİ, PULU ÖLKƏYƏ GƏTİR?...” İqtisadçı sahibkarların həbsini doğru saymır AzPolitika onlayn siyasiictimai qəzet

“POMİDOR SATANA NİYƏ DEYİRLƏR Kİ, PULU ÖLKƏYƏ GƏTİR?...” İqtisadçı sahibkarların həbsini doğru saymır AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Əslində, bir neçə il öncə bu qərar qəbul olunarkən mətbuata açıqlama vermişdik ki, bu, çirkli pulların yuyulması, maliyyə sabitliyinin təminatı adı altında aparılır, amma qanunun tətbiqində detallarla bağlı problemlər çıxacaq. Necə ki, bu gün çıxır. Çünki elə məsələlər var ki, burada fermerlərin, iş adamlarının hüquqları, eyni zamanda mülkiyyət hüquqları da pozulur”.

“AzPolitika” xəbər verir ki, bunları iqtisadçı Natiq Cəfərli “Gününsəsi.info” saytına müsahibəsində xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixrac edən bəzi sahibkarların həbs olunması barədə sualı cavablandırarkən deyib.

“Dövlət tələb edir ki, iş adamı satdığı məhsulun pulunu müəyyən müddət ərzində geri qaytarsın. Gömrük bəyannaməsi yazılarkən məhsulun həcmi və qiyməti müəyyənləşdirilir. Məsələn, 10 ton pomidorun dəyəri 1000 dollar tutur. Amma bu pomidorun xarab olan, satılmayan hissəsi olur – bunların heç biri nəzərə alınmır. İş adamlarını məcbur edirlər ki, bəyannamədə nə qədər yazılıbsa, o qədər vəsaiti yenidən ölkəyə gətirsin”, - iqtisadçı əlavə edib.

Ekspert deyir ki, bu da başqa problemlərə səbəb olur: “Tutaq ki, iş adamı Rusiyada pomidorunu satır, daha sonra orada ucuz mal tapır. Qazandığı pulu həmin ucuz mala verib, ölkəyə pul əvəzinə gətirmək istəyir. Baxmayaraq ki, burada qeyri-qanuni, qadağan olunmuş bir şey yoxdur, amma buna da icazə verilmir. Bu da insanların mülkiyyət hüququnu pozur. Bir şəxs pomidoru öz həyətində əkib-becəribsə və satıbsa, bu, artıq onun mülkiyyətidir. Ondan daxil olan vəsait üzərində də sərbəst şəkildə sərəncam vermək hüququ olmalıdır.

Dövlət hansısa qeyri-qanuni mexanizmlərin qarşısını almaq istəyirsə, bunu anlayıram. Çünki böyük məbləğlərdən söhbət gedəndə çox güman ki, orada hansısa maxinasiyalar olur. Amma məni narahat edən odur ki, hətta 40 min, 50 min, 60 min dollara görə açılan cinayət işləri var. Bu doğru deyil.

İkincisi, dövlət tərəfindən başqa alternativlər də təqdim edilməlidir. Məsələn, mən malımı satdım, vəsaitimi qazandım, həmin vəsaitlə başqa mal alıb ölkəyə niyə gətirə bilmərəm?”

Natiq Cəfərli bu sahədə beynəlxalq təcrübədən də danışıb: “Avropa İttifaqı fərqli məkandır, ora ümumi bazardır. Orada mal və xidmətlər, pul dövriyyəsi sərbəstdir. Sərhəd, gömrük yoxdur, kim məhsulunu haraya istəyir satır, haradan istəyir alır. Amma Avropa Birliyindən kənar dövlətlərin ticarət əlaqələrinə baxanda, orada qarşılıqlı müqavilələrlə tənzimlənməyə dair təcrübələr var. Məsələn, Türkiyənin Avropa Birliyi ilə gömrük, bank müqaviləsi var. Tutaq ki, Türkiyənin məşhur “Vestel” şirkəti Avropaya mal satır. Dövlət ondan tələb etmir ki, sən 50 milyon dollarlıq mal satmısansa, o vəsaitin hamısını ölkəyə gətirməlisən. Həmin vəsaitə avadanlıq, ehtiyat hissələri ala bilər, xarici maliyyə təşkilatlarından götürdüyü krediti bağlaya bilər. Yəni dövlət müəyyən qədər sərbəstlik tanıyır. Təki dövlətə aid olan məsələlər yerinə yetirilsin. Bu nə deməkdir? Gömrük rüsumu və vergisi vaxtında ödənilsin. Vətəndaşın dövlət qarşısında öhdəliyi vergidən və gömrük rüsumlarının ödənişindən keçir”.

İqtisadçı xatırladır ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının bir çoxuna ixrac rüsumları tətbiq edilmir. Amma gəlirinə vergi qoyula bilər. “1-2 faizlik vergi hesabına həm qeydiyyatı aparıla bilər, həm də əldə edilən vəsaitdən dövlət büdcəsinə daxilolmalar həyata keçirilə bilər. Bilirsiniz, burada çox hüquqi kazuslu səbəblər yaranır. Tutaq ki, mən avtomobilimi aparıb xaricdə sata bilərəmmi? Qanun satmağıma icazə verir. Amma mənə heç kim demir ki, o pulu ölkəyə gətir. Bəs pomidor satana niyə deyirlər ki, pulu ölkəyə gətir”, - Natiq Cəfərli sual edir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Dekabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri